خبرگزاری شبستان

دوشنبه ۸ آذر ۱۴۰۰

الاثنين ٢٤ ربيع الثاني ١٤٤٣

Monday, November 29, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, April 25, 2018 Xəbər kodu : 33312

Ali Rəhbər fəlsəfə və məntiqin tədrisinin zəruriliyindən danışdı
Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Xamenei mərhum Ağaəli Zunuzinin xatirəsinə həsr olunan Həkim Tehran konfransının təşkilatçıları ilə görüşdə buyurublar: Qum və Tehran dini elmlər hövzələrində fəlsəfə və məntiqi elmlərə rəvac verilməlidir.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İslam İnqilabının Böyük Rəhbərinin 23 aprel tarixində Həkim Tehran konfransının təşkilatçıları ilə görüşündəki bəyanatı bu gün səhər bu konfransda yayımlanıb.

 

Bu konfrans Tehranın cənubunda Əbdüləzim Həsəni pak hərəmində işə başlayıb və onun bağlanış mərasimi sabah Tehranın cənubunda Qum şəhərində keçiriləcək.

 

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İslam İnqilabından sonra dini elmlər hövzələrində məntiqi elmlərin inkişaf etdirilməsindən razılıq edərək tənqidi və yeniliyi elmin bu sahəsinin inkişafı və yüksəlişinə səbəb olduğunu bildirib və deyiblər: Mərhum Ağaəli Zunuzinin əsas xüsusiyyətlərindən məntiq elmlərində tənqidi və yeni sözün bəyanını misal göstərmək olar. Belə konfranslar sırr bir şəxsin xatirəsinə həsr olunmur. Əslində fikir və ideoloji cərəyanda inkişaf və irəliləyişdir.

 

Bəzi fəlsəfə alimlərini xatırlayan, onların şəxsiyyəti və rəylərinin elmi ictimaiyyətə tanıtdırılmasının vacibliyini vurğulayan, böyük şəxsiyyətlərin dərin fəlsəfi rəylərinin dərkolunası şəkildə ixtisarla tənzimlənməsinin əhəmiyyətini xatırladan İnqilab Rəhbəri buyurublar: Gənclərin məntiq elmlərinə dəvət olunması, dini elmlər hövzələrinin məntiq elmləri, xüsusilə də fəlsəfəyə diqqəti çox önəmlidir.

 

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Dini elmlər hövzələrindən fəlsəfənin çıxarılması, aşağı səviyyəli şəxslərin bu elmi tədris və bəyan etməsi ilə nəticələnəcək. Buna görə, fəlsəfəyə bir zamanlar fəlsəfənin mərkəzi olan Qum və Tehran dini elmlər hövzələrində rəvac verilməlidir.

 

Həkim Müəssis kimi məşhurlaşmış Mərhum Ağaəli Tehrani islam fəlsəfəsi və hikmət sahəsində tanınmış elmi şəxsiyyətlərdən olmuşdur.

 

http://shabestan.ir/detail/News/701693

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده