خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis xəbərlərinin titri

Şəbistan xəbər verir

Məscidin zühura kadr hazırlamaqda rolu

İmam Mehdinin (ə) kərim dövlətində məscid İmamın hakimiyyətinin mərkəzi və yaşadığı yer olduğuna görə qeybət dövründə də məscidlər müntəzirləri əsas təlim və tərbiyə mərkəzlərindən olmalıdır. Məscidlər zühur üçün kadr hazırlamalıdır.

Servis Əsas səhifə Zaman :   Wednesday, April 25, 2018 Xəbər kodu : 33307

“Məsum imamlar və islam elmləri”
Şəbistan Xəbər Agentliyi: Hicrətin 130 - cu ilində əhli - sünnət məzhəbinin alimləri islam elmlərini yazmağa başladılar. Buna kimi məsum imamlar və onların şagirdləri əllərinə qələm alıb kitab yazan yeganə şəxslər idilər. Onlar Quran qiraəti, təfsir, fiqh, hədis, tarix kitablarında əsərlər yazmışdırlar.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, “Məsum imamlar və islam elmləri” kitabı İranda fəaliyyət göstərən Mədəniyyət və İctimai Araşdırmalar elmi - tədqiqat müəssəsinin tarix və mədəniyyət fakultəsinin nəşr etdiyi otuzuncu əsərdi. Kitab İslam Mədəniyyət və Düşüncüləri Mərkəzində çap edilmişdir. Kitabın müəllifi Qulam Möhsin Məhərrəmidir.

 

 

Əsərdə deyilir: Məsum imamlar peyğəmbərin canişinləri, cəmiyyətin dini - siyasi rəhbərləri olmaqla yanaşı eyni zamanda islam aləmində ən böyük alim və mütəfəkkirə də sayılırdılar. Onların elmi dərəcələri bütün cəmiyyət tərəfindən qəbul edilirdi. Ən çox şagird və tələbələr onların ətrafına yığışardı. Onlar ən güclü elmi hərəkatları istiqamətləndirərdilər. Bir çox zamanlarda müxtəlif elmlərin əsas mənbəyi sayılardılar.

 

 

Hicrətin 130 - cu ilində əhli - sünnət məzhəbinin alimləri islam elmlərini yazmağa başladılar. Buna kimi məsum imamlar və onların şagirdləri əllərinə qələm alıb kitab yazan yeganə şəxslər idilər. Onlar Quran qiraəti, təfsir, fiqh, hədis, tarix kitablarında əsərlər yazmışdırlar. Habelə, ərəb dilinə tərcümə edilən kitablara istiqamət vermiş, teologiya, peyğəmbərşünasçılıq və islam hüququnda baş qaldıra biləcək inhiraf və elmi sapqınlığın qabağını almışdırlar.

 

 

Kitab fars dilində qələmə alınmışdır.

 

 

http://shabestan.ir/detail/News/701545

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده