خبرگزاری شبستان

چهارشنبه ۲ آیان ۱۳۹۷

الأربعاء ١٤ صفر ١٤٤٠

Wednesday, October 24, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, April 24, 2018 Xəbər kodu : 33303

İran XİN: ABŞ anlaşmanı pozub
Şəbistan Xəbər Agentliyi: İranın xarici işlər naziri deyib: Region dialoqa ehtiyaclı olarkən səudiyyəlilər İranın region üçün təhlükə olduğunu inandırmaq üçün Amerikaya gəldilər.

 

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri dünən Amerikanın xarici əlaqələr şurasının araşdırma mərkəzində etdiyi çıxışında regiondakı toqquşmalara, regionun dəyişikliyə ehtiyaclı olmasına toxunaraq deyib: İlk addımda regionda dialoq boşluğuna son qoymaq lazımdır.

 

Zərif Regionda problemlərin həlli üçün bir sıra prinsiplərə riayət edilməsini vurğulayaraq deyib: Həmin prinsiplərdən biri də digər ölkənin daxili işlərinə qarışmamaq və etimad yaradan təşəbbüslər həyata keçirməkdən ibarətdir.

 

İranın XİN-i müasir dövrdə müharibələrin udan tərəfinin olmadığı və hamının uduzan tərəf olduğunu bildirərək deyib: Güclü regiona malik olmaq üçün, regionda ən güclü olmağa cəhd göstərmək lazım deyil, hansısa ölkə ən güclü olmaq istəyirsə  o regionun məhvi yolunda addım götürmüş olur.

 

Məhəmməd Cavad Zərif hegemoniya dövrünün çoxdan sona çatmış olduğunu, amma Amerikanın soyuq müharibə dövründən sonra da bu prossesi davam etdirməkdə israrlı olduğunu bildirərək deyib: Region genin dəyişiklik səmtinə hərəkət etməzsə Amerikanın regiona nəqədər silah satmasından asılı olmayaraq yenə də ziyana düşəcək ona görə ki, əlavə xərclər ödəməli olacaq.

 

İİR XİN başçısı yüksək səviyyədə təşkil olunmuş "davamlı sülh" iclasında iştirak etmək üçün 19 apreldə Nyu-Yorka səfər edib.

 

http://shabestan.ir/detail/News/701351

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده