خبرگزاری شبستان

چهارشنبه ۲ آیان ۱۳۹۷

الأربعاء ١٤ صفر ١٤٤٠

Wednesday, October 24, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, April 24, 2018 Xəbər kodu : 33301

Cabir Ənsari Bəşər Əsədlə görüşdü
Şəbistan Xəbər Agentliyi: Suriyanın prezidenti Bəşər Əsəd aprelin 23-ü İranın xarici işlər nazirinin birinci müavini Hüseyn Cabiri Ənsari və Suriyaya işgüzar səfərində onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, görüşün əvvəlində Cabiri Ənsari Suriya və xalqını hədəfə alan müharibənin sona çatdırılmasında kömək edən İranın göstərdiyi səylər və danışıqlar haqqında B.Əsədə ətraflı məlumat verib. Sonra tərəflər Suriyadakı son prosesləri müzakirə ediblər.

 

 

 

B.Əsəd Suriyaya üçlükdə hücum edən ABŞ, Böyük Britaniya və Fransanın, bölgədə əlaltıları olan bir qism dövlətlərlə birlikdə, Suriya və xalqına qarşı müharibənin ilk günündən etibarən terroru dəstəklədiklərini vurğulayıb. Suriya prezidenti bu dövlətlərin sonuncu dəfə etdikləri birbaşa təcavüzün Suriyada terrora qarşı müharibəni dayandırmaqda uğurlu olmadığını qeyd edib. “Suriya terrorizmə qarşı müharibəni davam etdirməkdə əzmlidir. Vətən torpaqlarının istisnasız hər bir qarışını terror və havadarlarından azad edəcəyik”, - deyə Suriya prezidenti bildirib.

 

 

 

Cabiri Ənsari də ABŞ, Böyük Britaniya və Fransanın aprelin 14-də Suriyaya qarşı etdikləri hücumlarının əsl səbəbinin Suriya ordusu və müttəfiqlərinin terrora qarşı etdikləri şanlı qələbələri olduğunu bildirib. İran rəsmisi təcavüzkar dövlətlərin Suriya ordusunun terrora qarşı qələbələrinin artması və digər bölgələrə keçməsindən narahat olduqlarını vurğulayıb.

 

http://shabestan.ir/detail/News/701348

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده