خبرگزاری شبستان

چهارشنبه ۲ خرداد ۱۳۹۷

الأربعاء ٩ رمضان ١٤٣٩

Wednesday, May 23, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Tənhalıq hissi Allahın ən çətin imtahanıdır

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Allah heç bir şəxsi gücündən artıq vəzifə təyin etmir. Allahın mehribanlıqı ilə tənhalıq hissi keçirtmək yalandır. Biz çox nizamlı bir dünyada yaşayırıq ki, Allahın mehribanlığını unutduğumuz zaman məhv olarıq.

Servis Əsas səhifə Zaman :   Tuesday, April 24, 2018 Xəbər kodu : 33300
Möhsini Bəndpi Şəbistan xəbər agentliyi ilə müsahibədə
Quran xüsusi bir nəslə ya dövrə aid deyil
Şəbistan xəbər agentliyi: Rifah təşkilatının rəhbəri Quranın əhəmiyyəti barədə dedi: Quran təlimlərinə riayət etmək səbəb olur ki, biz öz həyatımızda daha yaxşı əməl edək. Quran təlimləri bu cəhətdən bizim həyatımızın başında qərar tutmalıdır.

İranın Rifah təşkilatının rəhbəri, ictimai rifah, iş və əmək nazirinin müavini Ənuşirəvan  Möhsini Bəndpi Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalisti ilə müsahibəsində Quranla ətaf mühitin əlaqələri barədə atılan addımlar barədə dedi: Bizim Qurandan etdiyimiz tərif və bu kitabın sahib olduğu xüsusiyyətlər odur ki, bütün əsrlər, nəsillər və mövzular üçün axırınci ilahi möcüzə və vəhydir.

O, sözünü belə davam etdirdi ki, Quranın önəmli mövzularından biri ətaf mühitlə bağlı mədəniyyət və əxlaqa riayət etməkdir. Bu gün biz ətaf mühiti qorumaq və ondan daha yaxşı faydalanmaq üçün çalışmalıyıq. Quranın bizə tövsiyə etdiyi "yeyin, için, amma israf etməyin" cümləsinin tamamilə ətaf mühitlə bağlıdır.

Rifah təşkilatının rəhbəri təkid etdi: Bu gün biz elə bir şəraitdə qərar tutmuşuq ki, ölkəmiz su azlığından əziyyət çəkir. Buna görə də özümüzün istər fərdi istərsə də ictimai ehtiyaclarımızda sudan istifadə etmədə qənaət etməkdə Quranın "israf etməyin" təlimini şüarımıza çevirməliyik.

O, sonda xatırlatdı ki, Quranın belə təlimlərinə riayət etmək səbəb olur ki, əlimizdə olan nemətləri bitirməyək ki, sonrakı nəsillər də onlardan istifadə edə bilsinlər.  http://shabestan.ir/detail/News/701581

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده