خبرگزاری شبستان

چهارشنبه ۲ آیان ۱۳۹۷

الأربعاء ١٤ صفر ١٤٤٠

Wednesday, October 24, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, April 24, 2018 Xəbər kodu : 33293

Behişt əhlinin xüsusiyyətləri
Məlum olduğu kimi, “iman”la “saleh əməl”in əlaqəsi “ağac”la “meyvə”nin əlaqəsi kimidir.

 

Qurani-Kərimə əsasən, insanı behiştlik edən ilkin şərt və ən mühüm əməl, başqa sözlə, nicat və qurtuluş sərmayəsi, səadət mayası və behişt qapılarının açarı iman və saleh əməllərdir. Qurani-Kərimdə bu haqda belə buyurulur:

وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أُولَـئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُون

“İman gətirib saleh əməllər görənlər behişt əhlidirlər  orada əbədi qalacaqlar.”(“Bəqərə” surəsi, ayə 82.)

Bu və buna bənzər təbirlər Qurani-Kərimin bir çox ayələrində də işlənmişdir və onun təkrar edilməsi mövzunun əhəməyyətini, Qurani-Kərimin ona xüsusi yer ayırmasını aşılayır. (Buna “Ali-İmran” surəsinin 136-cı, “Nisa” surəsinin 144-cü, “Əraf” surəsinin 42-ci, “Həcc” surəsinin 14, 23 və 56-cı, “Ənkəbut” surəsinin 58-ci, “Zumər” surəsinin 74-cü, “Əhqaf” surəsinin 14-cü, “Muhəmməd” surəsinin 12-ci ayələrini misal göstərmək olar.)

Məlum olduğu kimi, “iman”la “saleh əməl”in əlaqəsi “ağac”la “meyvə”nin əlaqəsi kimidir. Bar verən sağlam və saf bir ağacın meyvə verməsi mümkünsüz olduğu kimi, iman da əməldən ayrı deyil. İmam Sadiqdən (ə) imanın həqiqət və mahiyyətindən soruşulduqda, Həzrət buyurdu:

لإیمانُ أنْ یُطاعَ اللهُ فَلا یُعْصی

“İman odur ki, Allaha itaət edəsən və günaha yol verməyəsən.” (“Üsuli-kafi”, 2-ci cild, səh.33, hədis 3.)

Daha dəqiq desək, saleh əməl qəlbi imanın təcəssümüdür.

Əlbəttə, bunun mənası o deyil ki, bütün günahkarlar kafirdirlər, əksinə, məqsəd odur ki, güclü iman əsla saleh əməldən ayrı deyil, necə ki, zəif iman öz ardınca günahlar gətirir.

Diqqəti cəlb edən əsas məsələ budur ku, adətən, Quran ayələrində iman saleh əməldən öncə qeyd edilir. Nəzərə belə çarpır ki, vaciblərin yerinə yetirilməsi və haram işlərin tərki, başqa sözlə, saleh əməl imandan daha çətin olduğundan, saleh əməl imandan öncə qeyd edilməlidir. İmanın saleh əməldən öndə qərar tutmasının səbəbi isə Qurani-Kərimin bu bəyanla imanın saleh əmələ nisbətdə təməl rolunu ifa etdiyinə işarə etməsidir. Demək əməllərin qəbul şərti imandır.

Bir sözlə, behiştin ölçüsü xəyal və arzu yox, iman və saleh əməllərdir. Özü də bir saleh əməl kifayət etmir, salehlik xarakterinə malik olmaq və bütün saleh işlərə maraq göstərmək lazımdır. (“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.60-61.)

Rza Şükürlü (Maide.az)

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده