خبرگزاری شبستان

چهارشنبه ۲ خرداد ۱۳۹۷

الأربعاء ٩ رمضان ١٤٣٩

Wednesday, May 23, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Tənhalıq hissi Allahın ən çətin imtahanıdır

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Allah heç bir şəxsi gücündən artıq vəzifə təyin etmir. Allahın mehribanlıqı ilə tənhalıq hissi keçirtmək yalandır. Biz çox nizamlı bir dünyada yaşayırıq ki, Allahın mehribanlığını unutduğumuz zaman məhv olarıq.

Servis Əsas səhifə Zaman :   Tuesday, April 24, 2018 Xəbər kodu : 33290

İran və Misrin sönük münasibətləri İslam aləminin xeyrinə deyildir
Şəbistan Xəbər Agentliyi: Misirin əl-Əhzər universitetinin müəllimləri və bu ölkəmnin alimləri Əhli – beytin (ə) nurani və yüksək maarif ehtiva edən təlimləri haqqında çoxlu kitablar yazmışlar. Bütün müsəlman aləmi bu kitablardan istifadə edir.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, dünən Ayətullah Safi Gülpayiqani İran İslam Respublikasının Misirdə mənafelərini müdafiə edən ofsin rəisi dr. Kənani ilə görüşüb. O, Misir Ərəb Respublikasının tarixi keçmişinə işarə edərək deyib: Elə qədim zamanlardan, xüsusən fatimilərin hakimiyyət  dönəmindən indiyə kimi Misir camaatı əhli - beytsevərliyi ilə tanınmmış və tanınırlar.

 

 

Önəmli və aparıcı dini elmi mərkəzlərin, habelə müqəddəs turbə və məqbərələrin burda yerləşmələrinin İranla Misirin münasibətlərinin möhkəmlənməsində gücü təsiri olmuşdur. Misirin əl-Əhzər universitetinin müəllimləri və bu ölkəmnin alimləri Əhli – beytin (ə) nurani və yüksək maarif ehtiva edən təlimləri haqqında çoxlu kitablar yazmışlar. Bütün müsəlman aləmi bu kitablardan istifadə edir. Lakin təəssüflər olsun ki, İran və Misirin əlaqələri olduqca zəif və aşağı səviyədədir. Bu islam aləminin xeyrinə deyildir.

 

 

İran İslam Respublikası bütün islam ölkələri ilə xüsusəndə Misirlə öz mənfəətləri və izzəti çərçivəsində münasibətlər qurmalıdır ki, xalq asanlıqla ora səfər edsin. Bizim alim və mütəfəkkirlərimiz də Misirin elmi mərkəzləri ilə əlaqədə ola bilsinlər. Mən tərkidlə israr edirəm, gərək bütün bağlı qapılar açılsın. Maneələr aradan qaldırılsın. İki böyük ölkən – İran İslam Respublikası və Misir dövlətlərinin, hər iki tərəfin qarşılıqlı mənafeyi çərçivəsində əlaqələr normallaşdırılsın.

 

 

http://shabestan.ir/detail/News/701150

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده