خبرگزاری شبستان

چهارشنبه ۲ آیان ۱۳۹۷

الأربعاء ١٤ صفر ١٤٤٠

Wednesday, October 24, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, April 24, 2018 Xəbər kodu : 33287

Rəsmilər və məmurlar camaat namazında iştirak etsinlər
Şəbistan Xəbər Agentliyi: Məmurların məscidlərdə və insanların arasında olması xalqın daha da çox bura gəlməsinə səbəb olacaq və lazımdır ki, rəhbərlərimiz müxtəlif münasibətlərdə və əlamətlər günlərdə məscidlərdə xalqın arasında olsunlar.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranda fəaliyyət göstərən Namazın Bərpası Qərargahının İsfəhan əyaləti üzrə şöbə müdiri Höccətül - islam vəl - müslimin İbrahim Rəncbər ölkədə camaat namazına əhəmiyyət verilməsi mövzusunda danışarkən dedi: Məmurlar və ölkə rəsmilərinin camaat namazında iştirak etməyinə ehtiyac duyulur. Bu islam toplumuna xas və layiq olan bir əməl, nümunəvi və ideal islam toplumu modelinin göstəricisi sayılır və demək olar ki, indi bir zərurətdir. Çünki məmurların məscidlərdə və insanların arasında olması xalqın daha da çox bura gəlməsinə səbəb olacaq və lazımdır ki, rəhbərlərimiz müxtəlif münasibətlərdə və əlamətlər günlərdə məscidlərdə xalqın arasında olsunlar.

 

 

Höccətül - islam vəl - müslimin İbrahim Rəncbər daha sonra gənc nəsilə xüsusi qayğıdan danışaraq dedi: Məscidlərdə xüsusi kurslar və təlim mərkəzləri fəaliyyət göstərsinlər. Onlar dəqiq proqramlarla gəncləri məlumatlandırsınlar.

 

 

Höccətül - islam vəl - müslimin İbrahim Rəncbər sonda məscid icması, yerli icra hakimi, dini orqanlar və mədəni sahədə fəaliyyət göstərən qurumlarının birğə fəaliyyətini zəruri saydı. Və bildirdi ki, bunun nəticəsində gənclərə sağlam dini məlumatlar və düzgün informasiyalar ötürülə bilər.

 

http://shabestan.ir/detail/News/701099

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده