خبرگزاری شبستان

چهارشنبه ۲ خرداد ۱۳۹۷

الأربعاء ٩ رمضان ١٤٣٩

Wednesday, May 23, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Tənhalıq hissi Allahın ən çətin imtahanıdır

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Allah heç bir şəxsi gücündən artıq vəzifə təyin etmir. Allahın mehribanlıqı ilə tənhalıq hissi keçirtmək yalandır. Biz çox nizamlı bir dünyada yaşayırıq ki, Allahın mehribanlığını unutduğumuz zaman məhv olarıq.

Servis Əsas səhifə Zaman :   Sunday, April 22, 2018 Xəbər kodu : 33275

Ayətullah Xamenei hərbiçilərlə görüşdü
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanı ordunun keçmiş kadrının qabiliyyətləri və təcrübələrini yüksək qiymətləndirərək ordudakı gənclərin parlaq gələcəyinə, ordunun tərəqqisi və qabiliyyətinin artmasına təkid ediblər.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanı həzrət Ayətullahül-üzma Xamenei bu gün günorta  İran İslam Respublikası ordusunun baş komandanı və quru qoşunların komandanlarından ibarət bir qrup ilə görüşündə bildiriblər: İnkişaf davam etdirilməlidir ona görə ki, sabahın ordusu bu günün ordusundan daha yaxşı, daha güclü, daha səriştəli və daha inqilabçı olsun.

 

 

 

Ordu və ordunun quru qoşunları günü münasibəti ilə baş tutan bu görüşdə islam inqilabının böyük rəhbəri ordu gənclərinə üzünü tutaraq bildiriblər: " Siz əziz gənclərdən bütün yeniliklər, səylər və insani qabiliyyətlərinizi ordunun yüksəlişi və tərəqqisi uğrunda sərf etməyinizi istəyirəm."

 

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanı həmçinin ordunun baş komandanı general Əbdürrəhim Musəvinin inqilabçı və vəhdət yaradan mövqelərini yüksək qiymətləndirərək deyiblər: General Musəvi orduya təşkilatçı bağlılıq və ürəkdən sədaqətindən əlavə silahlı qüvvələrin vəhdəti barədə çox yaxşı bəyanat etdi və bu sözlər idarəçilik təfəkkürü və daxili səfadan xəbər verir ki, ordunu xalqın gözündə daha da dəyərli edir.

 

29 fərvərdin (18 aprel) İran təqvimində İran İslam Respubliksı ordusu günü kimi qeyd olunur.

 

http://shabestan.ir/detail/News/701080

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده