خبرگزاری شبستان

چهارشنبه ۲ آیان ۱۳۹۷

الأربعاء ١٤ صفر ١٤٤٠

Wednesday, October 24, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, April 22, 2018 Xəbər kodu : 33274

İslam ümmətinin xeyri vəhdətdədir
Şəbistan Xəbər Agentliyi: Biz məsum imamların viladət və şəhadət günlərində özümüzün və cəmiyyətimizin mənəvi abu - havasına əhəmiyyət verməli, xeyriyyəçilik proqramlarını və müxtəlif ictimai xidmət və mütərəqqi sosial təşəbbüsləri bu günlərə salmalıyıq.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Höccətül - islam vəl - müslimin Hüseyn Dəşti İranın Buşehr şəhərində söylədiyi cümə namazı xütbəsində dedi: İmam Hüseyn (ə) Həzrəti Muhəmməd (s) peyğəmbərin gətirdiyi və təsis etdiyi islam dininin haqq müdafiəçisi və keşikçisi idi. O, ixlas, fədakarlıq, öz canından keçmək, xalqa məhəbbət, imamət və nübuvvətə sadiqlik kimi xüsusiyyətlərə malik idi.

 

 

Biz məsum imamların viladət və şəhadət günlərində özümüzün və cəmiyyətimizin mənəvi abu - havasına əhəmiyyət verməli, xeyriyyəçilik proqramlarını və müxtəlif ictimai xidmət və mütərəqqi sosial təşəbbüsləri bu günlərə salmalıyıq.

 

 

O, daha sonra islama xidmətin səngər tanımadığını, bunun həm mədəni, elmi və həm də döyüş səngərlərində mümkün olduğunu vurğulayaraq istismarçı qüvvələr, Amerika və ona bağlı tiran gücləri ilə mübarizənin ön səngərində dayanan hərbiçiləri yad etdi və bildirdi ki, qan qılınca qələbə çalacaq, şücaət, zülümə baş əyməmək, ixlas və döyüşçilərimizin milli - mənəvi ruhiyyəsi düşməni sarsıdıb məğlub edəcəkdir.

 

 

O, sonda bunun üçün müsəlmanların bir olmasını və vəhdətə, birliyə söykənməklərinə israr edərək dedi: İslam ümmətinin xeyri vəhdətdədir.

 

http://www.shabestan.ir/detail/News/700592

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده