خبرگزاری شبستان

یکشنبه ۷ آذر ۱۴۰۰

الأحد ٢٣ ربيع الثاني ١٤٤٣

Sunday, November 28, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, April 22, 2018 Xəbər kodu : 33257

Aşuranın əbədiliyi Həzrəti Abbasın (ə) vəfadarlığına borcludur
Şəbistan Xəbər Agentliyi: Həzrəti Abbas (ə) zamanəsinin imamına və imamət məktəbinə sadiq idi. O, dərin bəsirətə, yüksək ilahi elmə malik bir şəxsiyyət idi. Belə ki, o saleh qul və bəndəlik əlaməti ilə xatırladılır. Bu Həzrəti Abbasın (ə) ən böyük xüsusiyyətlərindən biridir.

Höccətül - islam vəl - müslimin Abbasəli Baba Gülzadə Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində Həzrəti Əbülfəzin (ə) xüsusiyyətlərindən danışdı və bildirdi ki, Həzrəti Əbülfəzil - Abbasın (ə) gözəlliklərindən və ona xas olan xüsusiyyətlərindən biri onun vəfadarlığıdır.

 

 

Həqiqətdə hər hansı bir döyüşün və hərəkatın izzət və qələbəsi onun sərkərdə və əsgərlərinin vəfadarlıq və fədakarlığına bağlıdır. Bu hərəkat, qiyam və savaşlar onun aparıcı şəxslərinın vəfası ilə öz hədəfinə çata bilir. Həzrəti Abbas da aşura hadisəsində məhz öz vəfadarlığı ilə yadda qaldı.

 

 

 

O, İmam Əli (ə) - ın evində böyümüşdür. O, böyük şəxsiyyətin fikir və ruhi təsiri altında formalaşmışdır. Ona görə də tamamən fərqlənən bir insana çevrilmişdir.

 

 

Tarix Həzrəti Abbası (ə) Kərbəlanın ələmdar və bayrağdarı kimi tanıyır. Belə ki, məsum imamlar da onun özəl xüsusiyyətləri haqqında dərin məzmunlu və tarixə yadigar olaraq qalan gözəl sözlər demişlər.

 

 

Həzrəti Abbas (ə) zamanəsinin imamına və imamət məktəbinə sadiq idi. O, dərin bəsirətə, yüksək ilahi elmə malik bir şəxsiyyət idi. Belə ki, o saleh qul və bəndəlik əlaməti ilə xatırladılır. Bu Həzrəti Abbasın (ə) ən böyük xüsusiyyətlərindən biridir.

 

 

http://www.shabestan.ir/detail/News/700674

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده