خبرگزاری شبستان

چهارشنبه ۲ خرداد ۱۳۹۷

الأربعاء ٩ رمضان ١٤٣٩

Wednesday, May 23, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Tənhalıq hissi Allahın ən çətin imtahanıdır

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Allah heç bir şəxsi gücündən artıq vəzifə təyin etmir. Allahın mehribanlıqı ilə tənhalıq hissi keçirtmək yalandır. Biz çox nizamlı bir dünyada yaşayırıq ki, Allahın mehribanlığını unutduğumuz zaman məhv olarıq.

Servis Əsas səhifə Zaman :   Friday, April 20, 2018 Xəbər kodu : 33248
İxtisaslaşmış Məhdəviyyət mərkəzinin təbliğ işləri üzrə müavini:
Ölkənin müxtəlif bölgələrinə üç yüz Məhdəviyyət mütəxəssisi göndərildi
Şəbistan xəbər agentliyi: Nəsuri İxtisaslaşmış Məhdəviyyət mərkəzinin İmam Zamanın (ə) təvəllüdü günlərindəki proqramlarını elan edərək, bildirdi: Ölkənin müxtəlif bölgələrinə və digər dövlətlərə təbliğatçı göndərmək, milli televiziyada yayımlanmaq üçün bəzi filimlərin hazırlaması və bayram proqramları üçün mütəxəssislərin dəvəti bu mərkəzin proqramlarındandır.

İxtisaslaşmış Məhdəviyyət mərkəzinin təbliğ işləri üzrə müavini Höccətül-islam Məhəmmədrza Nəsuri Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinə verdiyi müsahibəsində İxtisaslaşmış Məhdəviyyət mərkəzinin İmam Zamanın (ə) təvəllüdü günlərindəki proqramlarını elan edərək, bildirdi: İmam Zamanın (ə) təvəllüdü günlərində yəni, Şabanın beşindən on beşinə qədər təbliğ məqsədi ilə İxtisaslaşmış Məhdəviyyət mərkəzinin üç yüz mütəxəssisini ölkənin elmi mərkəzlərinə, mədəni mərkəzlərinə, məscidlərə, heyətlərə və məhdiyyələrə göndərəcəyik.

 O, sözünə belə davam etdi: Məhdəviyyət təbliğini eyniləşdirmək və bu sahəyə təhriflərin və yalnış fikirlərin daxil olmasının qarşısını almaq məqsədi ilə mübəlliğlər üçün “İntizar hədisi” kitabı çap olundu. Onlar təbliğ zamanı bu kitaba əsasən və onun mövzuları əsasında danışacaqlar.

 Nəsuri “On beş Şaban tədbirlərinin standartları” dəyirmi masası haqda xəbər verərək, dedi: Bu dəyirmi masa 21-aprel tarixində Tədqiqat şöbəsinin müdiri Höccətül-islam Yusifiyan, İxtisaslaşmış Məhdəviyyət mərkəzinin eksperti Höccətül-islam Əbazəri və mənim iştirakımla keçiriləcək. Bu dəyirmi masada bütün tələbələr və on beş Şaban təbliğatçıları da iştirak edə bilər.

 Nəsuri xarici dövlətlərə Məhdəviyyət təbliğatçılarının göndərilməsi haqda dedi: Mərkəzin bəzi təbliğatçıları İmam Zamanın (ə) təvəllüdü günlərində müxtəlif ölkələrə xüsusi ilə ərəb və azəri dilli ölkələrə göndəriləcək.

http://shabestan.ir/detail/News/700409

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده