خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis xəbərlərinin titri

Şəbistan xəbər verir

Məscidin zühura kadr hazırlamaqda rolu

İmam Mehdinin (ə) kərim dövlətində məscid İmamın hakimiyyətinin mərkəzi və yaşadığı yer olduğuna görə qeybət dövründə də məscidlər müntəzirləri əsas təlim və tərbiyə mərkəzlərindən olmalıdır. Məscidlər zühur üçün kadr hazırlamalıdır.

Servis Əsas səhifə Zaman :   Thursday, April 19, 2018 Xəbər kodu : 33245

İslam memarlığı İslam sivilizasiyasının sütunlarından biridir
Şəbistan Xəbər Agentliyi: Memarlığın da şəxsiyyət və kimliyi vardır. O insanın barmaq izlərinə bənziyir. Bu memarlıq üslub və tipindən onun hansı məktəbə aid olduğunu bilmək və tanımaq olar.

 

 

Hal - hazırda islam memarlığından heç bir əsər - əlamət görsənmir. Ucalan binalar və yenidən qurulan şəhərlərdə biz bu memarlığın xüsusiyyətlərinə bir o qədər də rast gəlmirik.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İslam Memarlıq Mərkəzinin direktoru Əli Firuzənfər Tehranda İslam memarlığı mövzusunda təşkil edilən konfransda çıxış edib.

 

 

O, öz çıxışında islam və yerli memarlığın sintezindən danışaraq bildirib ki, islam memarlığı dedikdə heç də qədimə qayıdmaq nəzərdə tutulmur. Çünki hər memarlığın öz üsul və üslubu vardır. Bunlar da zaman və məkana görə dəyişirlər.

 

 

“İslam nəzəri hikmət, əməli hikmət və incəsənətdə öz üslublarını təqdim etmişdir”, - deyə qeyd edən İslam Memarlıq Mərkəzinin direktoru Əli Firuzənfər bildirdi ki, memarlığın da şəxsiyyət və kimliyi vardır. O insanın barmaq izlərinə bənziyir. Bu memarlıq üslub və tipindən onun hansı məktəbə aid olduğunu bilmək və tanımaq olar.

 

 

Natiq memarlığı mədəniyyətin sütunlarından biri sayaraq dedi ki, çox təəssüflər olsun ki, hal - hazırda islam memarlığından heç bir əsər - əlamət görsənmir. Ucalan binalar və yenidən qurulan şəhərlərdə biz bu memarlığın xüsusiyyətlərinə bir o qədər də rast gəlmirik.

 

 

http://www.shabestan.ir/detail/News/699988

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده