Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İran məscidlərinin mədəniyyət - incəsənət ocaqlarının Kermanşah üzrə yerli şöbəsinin müdiri Höccətül - islam vəl - müslimin Rəhim Cəfəri rəsmi dini toplantıdakı çıxışında məscidlər və onun nəzdində fəaliyyət göstərən mədəniyyət - incəsənət ocaqlarının fəaliyyətini qənaətbəxş hesab edərək dedi ki, İmam Xomeyninin təfəkküründə məscidlər səngər hesab edilirdilər.
“Məscidlər və onların nəzdində fəaliyyət göstərən mədəniyyət otaqları din, əxlaq və insaniyyəti tərvic edib yayan mərkəzlərdirlər”, - deyə sözünə davam edən İran məscidlərinin mədəniyyət - incəsənət ocaqlarının Kermanşah üzrə yerli şöbəsinin müdiri Höccətül - islam vəl - müslimin Rəhim Cəfəri məscidin tarixi və müasir dövrdəki əsas funksiyasını müəyyən etdi.
İran məscidlərinin mədəniyyət - incəsənət ocaqlarının Kermanşah üzrə yerli şöbəsinin müdiri Höccətül - islam vəl - müslimin Rəhim Cəfəri daha sonra bildirdi: Məscidi səngər adlandırmaq onun din, əxlaq və insaniyyət ehtiva edən təlimlərini təbliğ etməsi, milli və beynəlxalq dəstək və yardıma ehtiyacı vardır. Nəticədə dinimiz bütün dünyada tanınar.
O, sonda rəhbərlik etdiyi qurumun fəaliyyətlərindən və qarşıda duran vəzifələrindən danışaraq məscid icmasının mədəni fəaliyyətlərini dinin təbliğ edilməsi və dünyaya tanıtdırılmasında perspektivli addım saydı.
http://www.shabestan.ir/detail/News/700122