خبرگزاری شبستان

چهارشنبه ۲ خرداد ۱۳۹۷

الأربعاء ٩ رمضان ١٤٣٩

Wednesday, May 23, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Tənhalıq hissi Allahın ən çətin imtahanıdır

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Allah heç bir şəxsi gücündən artıq vəzifə təyin etmir. Allahın mehribanlıqı ilə tənhalıq hissi keçirtmək yalandır. Biz çox nizamlı bir dünyada yaşayırıq ki, Allahın mehribanlığını unutduğumuz zaman məhv olarıq.

Servis Əsas səhifə Zaman :   Wednesday, April 18, 2018 Xəbər kodu : 33225
Vəliyyi Fəqihin cənubi Xorasandakı nümayəndəsi
Quran insanın bütün gündəlik rəftar və danışıqlarında görünməlidir
Şəbistan xəbər agentliyi: Vəliyyi Fəqihin cənubi Xorasandakı nümayəndəsi Quranın insanın bütün gündəlik rəftar və danışıqlarında görünməli olduğuna təkid edərək dedi: Bu gün İslam inqılabı zalımların iş üzünü açmışdır. Bu da zülmün aradan getməsi, Həzrət Mehdinin (əc) zühuru və Quranın ihya olması üçün müqəddimədir.

Şəbistan xəbər agentliyinin jurnalistinin Bircənd şəhristanından verdiyi xəbərə əsasən, Vəliyyi Fəqihin cənubi Xorasandakı nümayəndəsi Ayətullah Seyyid Əlirza İbadi (Fərvərdin ayının 28-də) hərəm müdafiəçisi şəhid Mürtəza Bəsiripurun xatirəsinin əziz tutulması münasibəti ilə keçirilən bu şəhərin seçilmiş hafiz və qarilərinin toplantısında dedi: Quran hidayət kitabı, bəşərin xilası, tərəqqisi və tərbiyəsi üçün bir nüsxədir. Əgər Qurana qarşı olan öhdəlik yüerinə gətirilsəydi, insanın işi bu günkü vəziyyətdə olmazdı.

O, təkid etdi ki, bəşər Qurana və hidayət kitabına tərəf qayıdıb və onun sayəsində özünü tapmayana qədər mövcud durum heç bir şəkildə islah olmayacaq.

O, qeyd etdi ki, Quran buyurur: Əgər cinlər və insanlar əlbir olsalar da Quranın surəsi  kimi bir surəni gətirə bilməzlər. Bəzi ən yaxşı sənətçilər Quranı yazır və bəziləri onu əzbərləyir. Bunların hamısı ən müqəddəs işdir. Amma bu nümunələrin heç biri əsas hədəf deyil.

O, bildirdi ki, təqva əsasında Quran vasitəsi ilə hidayət olmaq əsas hədəfdir.  

Vəliyyi Fəqihin cənubi Xorasandakı nümayəndəsi Quranın insanın bütün gündəlik rəftar və danışıqlarında görünməli olduğuna təkid edərək dedi: Bu gün İslam inqılabı zalımların iş üzünü açmışdır. Bu da zülmün aradan getməsi, Həzrət Mehdinin (əc) zühuru və Quranın ihya olması üçün müqəddimədir.http://shabestan.ir/detail/News/700127

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده