خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis xəbərlərinin titri

Şəbistan xəbər verir

Məscidin zühura kadr hazırlamaqda rolu

İmam Mehdinin (ə) kərim dövlətində məscid İmamın hakimiyyətinin mərkəzi və yaşadığı yer olduğuna görə qeybət dövründə də məscidlər müntəzirləri əsas təlim və tərbiyə mərkəzlərindən olmalıdır. Məscidlər zühur üçün kadr hazırlamalıdır.

Servis Əsas səhifə Zaman :   Wednesday, April 18, 2018 Xəbər kodu : 33221
Höccətül-islam Heydəri Kaşani:
İsrafçılıqdan çəkinmək və iqtisadi fəsadla mübarizə müntəzirin önəmli vəzifəsi
Şəbistan xəbər agentliyi: Dini ekspert müntəzir cəmiyyət yaratmaq üçün “İran məhsullarına dəstəyin” önəminə toxunaraq, dedi: Biz özümüzü İmam Zamanın (ə) zühuruna zəmin yaradan hesab edirik. Biz ən önəmli vəzifəmiz israfçılığın qarşısını almaq, iqtisadi fəsadı aradan qaldırmaq və yüksək və keyfiyyətli istehsalı artırmadır.

Şəbistan xəbər agentliyinin Müqəddəs Cəmkəran məscidinə istinadən verdiyi xəbərə əsasən dini ekspert Höccətül-islam vəl-müslimin Məhəmmədbaqir Heydəri Kaşani dünən (17-aprel) Müqəddəs Cəmkəran məscidinin zəvvarları və namaz qılanlarının arasında Şaban ayının fəzilət və üstülüklərini açıqlayaraq, dedi: Şaban ayı elə bir aydır ki, bu ayda möminlərini nəsflərinə əxlaqi xüsusiyyətlər olan sədaqət və düz danışmaqla zinət verməlidirlər.

 O, sözünə belə davam etdi: Bu ay Peyğəmbərə (səlləllah əleyhi və alihi) aiddir və bu ayda nübüvvət, imamət, vilayət və məhdəviyyət fəzasına yüksəlmək üçün münasib bir şərait vardır. Çünki Peyğəmbərə (səlləllah əleyhi və alihi) və Əhli-beyti (ə) əxlaqi fəzilətlərin nünuməsi və simvoludur.

 Hövzə və universitet ustadı dedi: Bu ayda Şabaniyyə salavatı da tövsiyə olunmuşdurş Bu salavat sirlər, xeyirlər və bərəkətlərin mədənidir. Bu ayda salavat zıkr etməyin çox savabı vardır.

 Heydəri Kaşani Şaban ayında olanlara Allah tərəfdən kəramət, sevimli olma və cənnət nəsib olacağını vurğulayaraq, bildirdi: Bu ayda özümüzü İmam Zamana (ə) yaxınlaşdırmalıyıq ki, Onun lütfü ilə qəlbinizi və ruhumuzu günah və çirkinlkdən təmizləyək və pak bir qəlblə mübarək Ramazan ayını qarşılayaq.

Dini ekspert müntəzir cəmiyyət yaratmaq üçün “İran məhsullarına dəstəyin” önəminə toxunaraq, dedi: Biz özümüzü İmam Zamanın (ə) zühuruna zəmin yaradan hesab edirik. Biz ən önəmli vəzifəmiz israfçılığın qarşısını almaq, iqtisadi fəsadı aradan qaldırmaq və yüksək və keyfiyyətli istehsalı artırmadır.

http://shabestan.ir/detail/News/700213

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده