خبرگزاری شبستان

سه شنبه ۴ تیر ۱۳۹۸

الثلاثاء ٢٢ شوّال ١٤٤٠

Tuesday, June 25, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, April 17, 2018 Xəbər kodu : 33210
Universitet müəllimi və tədqiqatçının Şəbistanla müsahibəsi:
Məhdəviyyət suallarına kəskin cavablar
Şəbistan xəbər agentliyi: Gərək insanlar kəskin, möhkəm və şəffaf cavablar verək. Yalançı iddiaçıların sui-istifadələrinin və fürsət tələblikərinin qarşısını alaq. Bu yolla Məhdəviyyət bəhsindəki xurafatların və İmam Zamana (ə) nisbət verilən yalanların qarşısı alınır.

Universitet müəllimi və tədqiqatçı Höccətül-islam Əli Əmirxani Məhdəviyyət haqda verilən suallar əsasında yazdığı “Sonuncu seçilmiş” kitabının məzmunu haqda Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölmsinə məlumat verərək, dedi: Müsəlmanların xüsusi ilə gənc nəslin zehinində İmam Zaman (ə) və Məhdəviyyət sahəsində olan suallar və şübhələr əsasında bu suallara cavab verən bir kitab yazmaq qərarına gəldim.

 Höccətül-islam Əli Əmirxani dedi: İmam Zamanın (ə) xüsusiyyətləri, müsəlmanların qeybət dövründəki vəzifələri, İmam Zamanın (ə) qiyamı, İmam Zamanın (ə) dostlarının xüsusiyyətləri, İmam Zamanın (ə) hakimiyyəti, ədalət və ədalətin genişlənməsi və zülmlə mübarizə oxucuların fikiri məşğul edən suallardan idi. Buna görə də Quran ayələrinə, hədislərə və dini biliklərə istinad edərək gənclərin suallarına cavab verməyə çalışdım. 

O, bildirdi ki, İmam Zaman (ə) sorğu-sualı yazmaq qərarına gəldim və buna görə də kitabın yazılışında oxucuları daha çox düşündürən sualları seçdim. Şablon suallardan uzaq oldum və oxucuların həqiqi suallarına daha çox yer verdim. Sonra isə bu sualların tənzim etdim. Qum şəhərində olan elmi-dini mərkəzlərin imkanlarına əsasən cavabları mötəbər dini mənbələrə əsasən yazdım və “Sonuncu seçilmiş” kitabını yazaraq, Bahare-delha nəşriyyatına çap etdirdim.

http://shabestan.ir/detail/News/699577

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده