خبرگزاری شبستان

پنج شنبه ۲۵ مهر ۱۳۹۸

الخميس ١٨ صفر ١٤٤١

Thursday, October 17, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, April 17, 2018 Xəbər kodu : 33206

Ruhaninin rəftar və hərəkəti dini əsas olmalıdır
Şəbistan Xəbər Agentliyi: Ən nurani və ən möhkəm örnək Fatimeyi Zəhra (s) - dır. Biz cəmiyyətə təsir qoymağa çalışmalıyıq. Daha “palaza bürün, eldən sürün” deyərək onların rənginə boyanmamalıyıq.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin Hüseyn Əbbasi dini toplantıların birində dedi: Çox təəssüflər olsun ki, bəzi dini mərasimlər və rövzə məclisləri daha çox maddi istəklər əsasında keçirilir.

 

 

Daha sonra Həzrəti Zəhra (s) – dan danışan ruhani dedi: Həzrəti Zəhranın (s) vücudu ümmnsız dəryaya oxşayır. Hamı bu dəryadan istifadə edə bilər. Lakin dini tələbələr bu dəryadan mirvari ixrac etməlidirlər. Ruhanilər və dini hövzə tələbələri sadə insanlardan fərqlənirlər onların rəftar və əməlləri, danışıq və hərəkətlərinin növü höccət və dini əsas olmalıdır.

 

 

Bəziləri soruşurlar ki, nəyə görə çıxışların təsiri yoxdur. Niyə bu qədər mərasimlərin olmasına rəğmən talaq çoxalır. Səbəbi məlumdur, çünki düşmən sakit oturmayıb. Gecə - gündüz fəalliyyət göstərir. Gecə - gündüz bizdə çalışırıq, zəhmət çəkirik, zəif nöqtələrimizi tanıyıb, aradan qaldırmağa səy edirik. Lakin bu müharibədə bəzən hədəfi səhv seçib, yanlnış hədəfə atəş açırıq. Ona görə də gülləmiz hədəfə dəymir.

 

 

Mənbərlərdəki xütbə və dnitqlərin yalnız on faiz təsiri var. Qalanı əməldə özünü göstərir. Xalq bizim əməlimizdən örnək götürür və əməlimizə baxır.

 

 

Ən nurani və ən möhkəm örnək Fatimeyi Zəhra (s) - dır. Biz cəmiyyətə təsir qoymağa çalışmalıyıq. Daha “palaza bürün, eldən sürün” deyərək onların rənginə boyanmamalıyıq.

 

http://shabestan.ir/detail/News/699633

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده