خبرگزاری شبستان

سه شنبه ۳ مهر ۱۳۹۷

الثلاثاء ١٥ المحرّم ١٤٤٠

Tuesday, September 25, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Tuesday, April 17, 2018 Xəbər kodu : 33204

Həzrəti Rəsulullah (s) insanlara “pak həyatı” göstərdi
Şəbistan Xəbər Agentliyi: Həzrət Rəsulullah (s) bəşəriyyət tarixində yeni bir səhifə açdı. Besət vasitəsi ilə peyğəmbərimiz tövhid gətirib, ədaləti qurdu. O, bu yolla bütün insanlara örnək və nümunə oldu. Peyğəmbərin həyat tərzini tətbiq etməklə bəşəriyyət öz həyatında bütün problemləri aradan qaldıra bilər.

 

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin Mustəfa Zülfiqari peyğəmbərimizin (s) həyat tərzindən danışarkən dedi: Gözəl əxlaqa malik olanlar həm Allah və həm də onun peyğəmbəri tərəfindən qəbul edilir. Çünki gözəl əxlaq peyğəmbərimizin bariz nümunələrindən, insanın şərafətinin göstəricilərindəndir.

 

 

Bütün müsəlmanlar ailə və ictimayətdə peyğəmbərimizin rəftarlarının təmsilçiləri olmalıdırlar. Onlar gözəl əxlaqa əməl etməli, xalq ilə gözəl əxlaqi dəyərlər əsasında rəftar etməlidirlər. Bu barədə Əhli – beytdən (ə) çoxlu rəvayətlər nəql edilmişdir.

 

 

Hal - hazırda cəmiyyətdə qüsur və nöqsanların olduğunu görürük. Bunun səbəi dini həyat tərzindən fasilə tutub uzaqlaşmağımızdır. Belə ki, xalq peyğəmbərimizin davranışını və gözəl xasiyyətini özünə örnək götürsəydi, bir çox ictimai problemlər və qüsurlar həll olardı.

 

 

Həzrət Rəsulullah (s) bəşəriyyət tarixində yeni bir səhifə açdı. Besət islam dininin başlanğıc nöqtəsi oldu. Besət vasitəsi ilə peyğəmbərimiz tövhid gətirib, ədaləti qurdu. O, bu yolla bütün insanlara örnək və nümunə oldu. Peyğəmbərin həyat tərzini tətbiq etməklə bəşəriyyət öz həyatında bütün problemləri aradan qaldıra bilər.

 

 

http://shabestan.ir/detail/News/699635

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده