Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranın Xarəzni İnistitutunun müəllimi Qulam Rza Məsuminiya islam və iqtisadiyyat mövzusunda danışarkən milli istehsalata əhəmiyyət verməyi və yerli məsullardan istifadə edilməsini tövsiyə edərək bildirdi ki, ilk növbədə xalqın və alıcıların zövqləri, necə deyərlər “ağızlarının dadları” dəyişilməlidir. Belə ki, yerli mallardan istifadə etmək bir mədəniyyətə və inama çevrilməlidir. Bu gün inkişaf etmiş ölkələr də ələ bu mərhələləri keçmişdirlər. Məsələn, almanların və yaponiyaların arasında belə bir təfəkkür vardır ki, onlar gərək öz ölkələrinin istehsal etdiyi mallardan istifadə eləsinlər.
Xalqın arasında milli təəssübkeşlik güclənməlidir. Yapon və cənubu koreya xalqı qədimdən xarici mallardan istifadə etmirlər. Əlbəttə bizdə də belə olması üçün ümumixalq dirçəlişi, kütləvi oyanışa ehtiyac vardır. Lakin çox təəssüflər olsun ki, bu gün cəmiyyətdə bunun tamam əksini müşahidə edirik. Günü - gündən insanılar daha çox xarici malların dalıyca düşməyə başlayırlar. Belə ki, bu il novruz bayramında səkkiz yüz milyonlar dollar ölkədən çıxaraq Türkiyəyə yönəldi. Və o ölkənin malları alınaraq daxildə gətirildi.
Nədənsə xalqın bəzi kütlələri arasında xarici mallardan istifadə etmək iştəhası var. Əgər dövlət düzgün siyasət qursa, lakin xalq ona himayət etməsə, nəticə olmayacaq. Deməli, ilk növbədə mədəni dəyişiliklər etməli, xalqın fikri dəyişilməlidir. Kütləvi informasiya vasitələri də bu sahədə müsbət rol oynaya bilərlər.
http://shabestan.ir/detail/News/699777