خبرگزاری شبستان

جمعه ۲۹ تیر ۱۳۹۷

الجمعة ٨ ذو القعدة ١٤٣٩

Friday, July 20, 2018

Servis xəbərlərinin titri

Astan Qüds Rəzəvinin səfirləri Kermanşah şəhərinə daxil oldular

Şəbistan xəbər agentliyi: İmam Rzanın (ə) pak hərəminin xidmətçiləri o Həzrətin həyəcanlı aşiqlərinin qarşılamaları arasında mərhəmətli İmamın (ə) mübarək bayrağını qəlbləri eşqlə dolu olan kermanşahlılara qonaq etdilər.

Servis Əsas səhifə Zaman :   Monday, April 16, 2018 Xəbər kodu : 33197
Höccətül-islam Yaqub Şahmiri
Qurana əməl etmək və Allahşünaslıq insanların vəzifəsidir
Şəbistan xəbər agentliyi: Buşehr şəhərinin elmi hövzəsinin müəllimi dedi: Peyğəmbərin (s) Əhli-beyti (ə) vəzifələrimizi bizə aşılamaq üçün gəliblər. Peyğəmbərin (s) Əhli-beytinin (ə) göstərişlərinə əsasən, Allahşünaslıq, vilayətə itaət etmək, Quran ayələrinə və dini əmrlərə əməl etmək biz insanların vəzifəsidir.

Hövzə və universitet ustadı Höccətül-islam vəl-müslimin Yaqub Şahmiri Şəbistan xəbər agentliyinin Buşehr şəhərindəki jurnalisti ilə müsahibəsində dedi: Allah Quranda İslam dinindən müdafiə etməyi və Həzrət Məhəmməddən (s) itaət etməyi müsəlamnların və möminlərin vəzifəsi bilmişdir. Allah bəşərin təkamülə çatması üçün ən yaxşı kitabları onlar üçün göndərdi.

O bu ayəni "Ey iman gətirənlər! Sizə nə oldu ki, “Allah yolunda döyüşə çıxın!”- deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüzi bir şeydir!" (Tövbə 38) təfsir edərək dedi: İnsanın madiiyyata və dünyanın cazibələrinə olan meyli bəşərin təbiətinin bir hissəsidir. Bu xüsusiyyəti Allah insanın vücudunda qərar vermişdir.

O, insanın vücudunda mənəvi  yüksəliş hissinin də qərar verildiyinə işarə edərək dedi: Nəfs və nəfsani istəklərlə mübarizə aparmaq həmişə insanın vücudunda vardır. Bu xüsusi bir mübarizə tələb edir.

Buşehr şəhərinin elmi hövzəsinin müəllimi dedi: Peyğəmbərin (s) Əhli-beyti (ə) vəzifələrimizi bizə aşılamaq üçün gəliblər. Peyğəmbərin (s) Əhli-beytinin (ə) göstərişlərinə əsasən, Allahşünaslıq, vilayətə itaət etmək, Quran ayələrinə və dini əmrlərə əməl etmək biz insanların vəzifəsidir.  http://shabestan.ir/detail/News/699372

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده