خبرگزاری شبستان

جمعه ۲۹ تیر ۱۳۹۷

الجمعة ٨ ذو القعدة ١٤٣٩

Friday, July 20, 2018

Servis xəbərlərinin titri

Astan Qüds Rəzəvinin səfirləri Kermanşah şəhərinə daxil oldular

Şəbistan xəbər agentliyi: İmam Rzanın (ə) pak hərəminin xidmətçiləri o Həzrətin həyəcanlı aşiqlərinin qarşılamaları arasında mərhəmətli İmamın (ə) mübarək bayrağını qəlbləri eşqlə dolu olan kermanşahlılara qonaq etdilər.

Servis Əsas səhifə Zaman :   Monday, April 16, 2018 Xəbər kodu : 33196
Ali Rəhbərin "hilalı (yeni ayı) izləmə təşkilatı"nın üzvü ilə müsahibə
Sabah Rəcəb ayının axırıncı günüdür
Şəbistan xəbər agentliyi: Bu gün bazar ertəsi ayı hətta teleskopla da görmək mümkün deyil. Buna görə də sabah Rəcəb ayının axırıncı günü olacaq.

Şəbistan xəbər agentliyi - Quran və maarif bölümü: Bu gün bazar ertəsi ayı hətta teleskopla da görmək mümkün deyil. Buna görə də sabah Rəcəb ayının axırıncı günü olacaq. Bir aydan 30 gün keçdikdən sonra təbii olaraq təzə ayın hilalı görsənmiş olacaq. Sabah gecə ayı görmək üçün səmaya baxan şəxslərə bildirilir ki, ay gün batdıqdan sonra 1 saat və 27-28 dərəcədə səmada qalacaq. Hilalın qalınlığı da müşahidə edilə bilinəcək. O dərəcədə ki, bəziləri hətta deyə bilərlər ki, bu bazar ertəsinin ayıdır. Amma bu doğru təsəvvür deyil.

Ali Rəhbərin "hilalı (yeni ayı) izləmə təşkilatı"nın üzvü Əlirza Bujmehrani Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalisti ilə müsahibəsində ayı hansı vasitələrlə müşahidə edirsiniz sualının cavabında dedi: Biz çox zaman heç bir vasitədən istifadə etmədən gözümüzlə ayı müşahidə etməyə çalışırıq. Xoşbəxtlikdən möhtərəm insanlar var ki, hilalı müşahidə etməyə həvəskardırlar. "Hilalı (yeni ayı) izləmə təşkilatı" da bu şəxslərdən istifadə edir. Bu şəxslərin kənarında astronomiya elmi üzrə mütəxəssis olan insanlar da var.  

O həmçinin vurğulayıb ki, biz təkcə Ramazan ayında deyil, bütün aylarda "hilal"ı izləyir və məlumatları Ali Rəhbərin dəftərxanasına məruzə edirik.

Qeyd edək ki, bəzi müctəhidlər uzaq bir şəhərdə də ayın görünməsini yeni ay kimi qəbul edirlər. Bəziləri isə təkcə adi gözlə müşahidə oluna bilən "hilal"ı yeni ay kimi qəbul edir və bu işdə texnologiyanın köməyini qəbul etmirlər.http://shabestan.ir/detail/News/699788

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده