خبرگزاری شبستان

سه شنبه ۴ اردیبهشت ۱۳۹۷

الثلاثاء ٩ شعبان ١٤٣٩

Tuesday, April 24, 2018

Servis xəbərlərinin titri

İmam Mehdinin (ə) zühuru bəşərin arasında mənəviyyat, rasionallığı və məhəbbəti yayır

Şəbistan xəbər agentliyi: “Eşq və məhəbbət Əhli-beytin (ə) baxımından” milli konfransının katibi dedi: İmam Mehdinin (ə) zühuru bəşərin arasında mənəviyyat, rasionallığı və məhəbbəti yayır.

Servis Əsas səhifə Zaman :   Monday, April 16, 2018 Xəbər kodu : 33195
Ayətullah Rəşad
Cəmiyyətin çoxluğu iqtisadiyyatın inkişafı üçün bir imtiyaz və fürsətdir
Şəbistan xəbər agentliyi: Ayətullah Rəşad cəmiyyətin çoxluğunun iqtisadiyyatın inkişafı üçün bir imtiyaz və fürsət olduğuna işarə edərək dedi: "Az övlad və yaxşı yaşayış" səhv bir siyasət idi ki, son neçə on illər ərzində bir dəstə bu şüarı xalq arasında yaydı. Bunun nəticəsində də ölkəyə çoxlu zərərlər vurdu.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, İmam Rza (ə) elmi hövzəsinin müdiri Ayətullah Əliəkbər Rəşad həmin elmi mədrəsədə keçirilən xaric Fiqh dərsinin əvvəlində Həzrət Əlinin (ə) gözəl kəlamına işarə edərək dedi: Həzrət Əli (ə) bir ictimai həqiqətə işarə edərək buyurur: "Yaşayışda rahatlığın iki yolu vardır. O iki yoldan biri budur ki, şəxsin ailəsi az olsun". Həzrətin bu kəlamda kı məqsədi odur ki, rahatlıq üçün başqa bir yolda vardır. O da yaşayışı təmin etmək üçün çalışmaq və tədbirli olmaqdır.

O, sözünü belə davam etdirdi ki, Ailə üzvlərinin az olması yaşayışın rahat olmasının iki yolundan biridir. Həzrət Əlinin (ə) bu tövsiyəsi xüsusi bir şəraitdə yaşayışın rahatlığı üçün seçim ola bilər. Həzrətin kəlamının tonu yaşayışın rahat olması üçün bu seçimin yeganə yol olmasını təyid etmir. "Az övlad və yaxşı yaşayış" səhv bir siyasət idi ki, son neçə on illər ərzində bir dəstə bu şüarı xalq arasında yaydı. Bunun nəticəsində də ölkəyə çoxlu zərərlər vurdu.

O, bildirdi ki, əksinə cəmiyyətin çoxluğu iqtisadiyyatın inkişafı üçün bir imtiyaz və fürsətdir. Mütəal Allah da möminləri çox övlad sahibi olmaları üçün təşviq edir.http://shabestan.ir/detail/News/699781

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده