خبرگزاری شبستان

پنج شنبه ۲۹ شهریور ۱۳۹۷

الخميس ١٠ المحرّم ١٤٤٠

Thursday, September 20, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Monday, April 16, 2018 Xəbər kodu : 33194
Əxlaqı məşq edək
Bu gecələri əldən verməyin
Şəbistan xəbər agentliyi: Ayətullah Müctəba Tehrani Rəcəb ayında "Əstəğfirullahə və ətubu iləyh" zikrindən istifadə etməyin günahların bağışlanmasına səbəb olduğunu bildirərək dedi: Rəcəb ayının gecələri dua etməyə və duanın qəbul olunmasına məxsusdur. Bundan qəflət etməyin.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Ayətullah Müctəba Tehrani İmam Əlidən (ə) bir hədisə istinad edərək dedi: Həzrət Əlidən (ə) nəql olunmuşdur ki, buyurur: Belə deyil ki, Mütəal Allah şükr etmək qapısını bəndələrin üzünə açsın və o tərəfdən də nemətin artması qapısını onların üzünə bağlasın. Habelə belə deyil ki, dua etmək qapısını bəndələrin üzünə açsın və o tərəfdən də duanın qəbul olunma qapısını onların üzünə bağlasın. Həmçinin belə deyil ki, tövbə qapısını bəndələrin üzünə açsın və o tərəfdən də bağışlamaq qapısını onların üzünə bağlasın.

O, əlavə etdi ki, Əli (ə) buyurur: "Belə deyil ki, Mütəal Allah şükr etmək qapısını bəndələrin üzünə açsın və o tərəfdən də nemətin artması qapısını onların üzünə bağlasın". O zaman Allah əmr edir ki, mənə şükr edin. Bəndə Allaha həmd-səna və şükr etdikdən sonra Allah da neməti artırmaq qapısını onun üzünə açır. Necə ki, Quran ayəsində buyurur: "Əgər şükr etsəniz, sizin üçün artıraram".

O, sözünü belə davam etdirdi ki, Əli (ə) buyurur: "Belə deyil ki, dua etmək qapısını bəndələrin üzünə açsın və o tərəfdən də duanın qəbul olunma qapısını onların üzünə bağlasın". Necə ki, Quran ayəsində buyurur: "Məni çağırın ki, sizi qəbul edim".

O, qeyd etdi ki, Əli (ə) buyurur: "Belə deyil ki, tövbə qapısını bəndələrin üzünə açsın və o tərəfdən də bağışlamaq qapısını onların üzünə bağlasın. Necə ki, Quran ayəsində buyurur: "Hamılıqla Allahın dərgahına tövbə edin".

Ayətullah Müctəba Tehrani Rəcəb ayında "Əstəğfirullahə və ətubu iləyh" zikrindən istifadə etməyin günahların bağışlanmasına səbəb olduğunu bildirərək dedi: Rəcəb ayının gecələri dua etməyə və duanın qəbul olunmasına məxsusdur. Bundan qəflət etməyin.http://shabestan.ir/detail/News/699747

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده