خبرگزاری شبستان

جمعه ۲۹ تیر ۱۳۹۷

الجمعة ٨ ذو القعدة ١٤٣٩

Friday, July 20, 2018

Servis xəbərlərinin titri

Astan Qüds Rəzəvinin səfirləri Kermanşah şəhərinə daxil oldular

Şəbistan xəbər agentliyi: İmam Rzanın (ə) pak hərəminin xidmətçiləri o Həzrətin həyəcanlı aşiqlərinin qarşılamaları arasında mərhəmətli İmamın (ə) mübarək bayrağını qəlbləri eşqlə dolu olan kermanşahlılara qonaq etdilər.

Servis Əsas səhifə Zaman :   Monday, April 16, 2018 Xəbər kodu : 33193
Höccətül-islam vəl-müslimin Təqi Əkbər Nəjad
Malın zəkatını ödəmək İslam cəmiyyətində fəqirliyi aradan aparır
Şəbistan xəbər agentliyi: İslam sivilizasiya və fiqh müəssisəsinin rəhbəri İslam hakimiyyətinin iqtidar tapması və möhkəmlənməsi zəkatın ödənməsi ilə təmin olunduğunu bəyan edərək dedi: Əgər imkanlılar öz mallarının zəkatını ödəsələr, İslam cəmiyyətində bir fəqir belə, tapılmaz.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, İslam sivilizasiya və fiqh müəssisəsinin rəhbəri Höccətül-islam vəl-müslimin Məhəmmədtəqi Əkbər Nəjad Həfti Tir şəhidlər mədəniyyət mərkəzində keçirilən Bəqərə surəsinin təfsiri məclisində dedi: Allah mübarək Bəqərə surəsində buyurur: Quran təqvalılar üçün hidayət kitabıdır.

O, əlavə etdi ki, Allah bu kəlamda bu mühüm məsələyə işarə edir ki, əgər bir şəxsdə haqqı qəbul etmə ruhiyyəsi olsa, mütləq hidayət olacaq.

O, Allahın Bəqərə surəsində təqvalıların xüsusiyyətlərini zikr etdiyinə işarə edərək dedi: Təqvalılar o şəxslərdirlər ki, onların təqvası həyata keçmişdir. Təqvalı insanlardan məqsəd namazı bərpa edən, zəkatı ödəyən və qeyb aləminə iman gətirən şəxslərdir. Qeyd etmək lazımdır ki, qeyb aləminə və Peyğəmbərə (s) iman gətirmək İslamın əvvəlindəki müsəlmanlar üçün ən çətin ilahi imtahanlardan idi.   

İslam sivilizasiya və fiqh müəssisəsinin rəhbəri İslam hakimiyyətinin iqtidar tapması və möhkəmlənməsi zəkatın ödənməsi ilə təmin olunduğunu bəyan edərək dedi: Əgər imkanlılar öz mallarının zəkatını ödəsələr, İslam cəmiyyətində bir fəqir belə, tapılmaz. İslam iqtisadiyyatı bərabərlik üzərində qurulmuşdur. İslam iqtisadiyyatında hamının bərabər dərəcədə sərmayəsi vardır. Amma liberal iqtisadiyyatı belə deyil.

http://shabestan.ir/detail/News/699680

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده