خبرگزاری شبستان

جمعه ۲۳ آذر ۱۳۹۷

الجمعة ٦ ربيع الثاني ١٤٤٠

Friday, December 14, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, April 16, 2018 Xəbər kodu : 33191

Xidmət ruhaninin iftixarıdır
Şəbistan Xəbər Agentliyi: Xalq məscidə gəlməydən qorxurdu, çünki bir qrup insan onları təhqir edib, onlara hörmətsizliklə yanaşırdılar. Hər dəfə məni məsciddən çölə atanda mən səbirlə, gülər üzlə dala qayıdır və namazımı xalqla qılırdım.

 

 

Şəbistan Xəbər Agentliyi Zəncan üzrə əyalət müxbiri bu şəhərin ruhanilərindən birinin həyatını bele işıqlandırır:

 

Əli Əsqər Vilayəti Zəncanın Davud Qulu məscidinin imamıdır. O dini təhsil almışdır. Hal - hazırda imamı olduqu məscidi təmir etmək və eyni zamanda da ehtiyaclı olan insanlara maddi köməklər etmək üçün əlindən gələni edir.

 

 

Bu məscidin 100 yaşı vardır, o iki il bundan qabaq bu məscidə imam təyin edilmişdir. Ondan qabaq da bir çox ruhanilər və alimlər bu məsciddə imamlıq etmişlər, lakin bir qrup insanların maneəçilik törətməylərinə, yaratdıqları süni əngəllərə görə onlar burda bir aydan çox qala bilməmişlər.

 

 

Ruhaninin özü deyir ki, mən cavan idim, əvvəl məscidin qapılarını mənim üzümə bağlayırdılar. Mən neçə dəfə namazı küçədə qılmaq qərarına gəldim, sakinlər bu vəziyyəti görəndən sonra mənə evlərində namaz qılmağa təklif etdilər. Xalq məscidə gəlməydən qorxurdu, çünki bir qrup insan onları təhqir edib, onlara hörmətsizliklə yanaşırdılar. Hər dəfə məni məsciddən çölə atanda mən səbirlə, gülər üzlə dala qayıdır və namazımı xalqla qılırdım.

 

 

Mən bura gələndə məscidin vəziyyəti çox pis idi hər şey üçülüb tökülmək üzərəydi. Mən xalqı səfərbər etdim, onların köməyi vasitəsi ilə məscidi təmir etdim, eyni zamanda da sakinlər arasındada ehtiyaclı insanlara kömək etmək, müəyyən xeyriyyə fondları vasitəsi ilə pul toplayaraq onların maddi tələbatını ödəməyə çalışıram.

 

 

http://www.shabestan.ir/detail/News/699509

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده