خبرگزاری شبستان

پنج شنبه ۲۹ شهریور ۱۳۹۷

الخميس ١٠ المحرّم ١٤٤٠

Thursday, September 20, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Sunday, April 15, 2018 Xəbər kodu : 33185
Məhdəviyyət üzrə mütəxəssisin Şəbistanla müsahibəsi:
Zühur; Ədalət və gözəl əxlaq hakimiyyəti yuxsunun yozumu
Şəbistan xəbər agentliyi: Besətin hədəfləri xilaskarın zühuru ilə gerçəkləşir. Zühur baş verməsə, cəmiyyətdə ədalət, haqqın öz yerini tapması və gözəl əxlaq yayılmayacaq. Şübhəsiz ədalətin gerçəkləşməsi və imamətin hakimiyyəti zühursuz mükün deyil. Ona görə də besət zühurla gerçəkləşir və zühur imamətlə həyata keçir.

Məhdəviyyət üzrə mütəxəssis Höccətül-islam Abbas Xadimiyan Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin müxbirinə verdiyi müsahibəsində İslam peyğəmbərinin (s) risalətinin hədəflərinin İmam Zamanın (ə) zühuru vasitəsi ilə gerçəkləşməsi mövzusuna toxunaraq, dedi: İmam Zamanın (ə) zühuru İslam peyğəmbərinin bütün risalətlərini yerinə yetirməyə səy göstərməkdir. Əslində zühur yüksəklərə çatma yollarını hamar edir.

 Xadimiyan Əziz İslam peyğəmbərinin (s) İmam Zamanın (ə) zühuru haqda buyurduğu hədisə toxunaraq, dedi: Həzrət Məhəmməd (s) buyurdu: “ Əgər dünyanın sonuna bir saat qalmış olsa, Allah-taala bu vaxtı o qədər uzadacaq ki, mənim övladlarımdan biri zühur etsin.” Həzrət (s) başqa bir hədisdə buyurur: “Mənim övladlarımdan biri zühur edəcək. Onun adı və künyəsi mənimki ilə eyni olacaq. O, ədaləti bərpa edəcək.”

 İslam peyğəmbərinin (s) narahatçılıqlarından biri zühur və intizar idi. Həzrət bu haqda buyurur: “Xoş o şəxsin halına ki, övladımın qeybəti dövründə səbrli və dözümlü olsun.”

Besətin hədəfləri xilaskarın zühuru ilə gerçəkləşir. Zühur baş verməsə, cəmiyyətdə ədalət, haqqın öz yerini tapması və gözəl əxlaq yayılmayacaq. Şübhəsiz ədalətin gerçəkləşməsi və imamətin hakimiyyəti zühursuz mükün deyil. Ona görə də besət zühurla gerçəkləşir və zühur imamətlə həyata keçir.

http://shabestan.ir/detail/News/699477

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده