خبرگزاری شبستان

جمعه ۲۹ تیر ۱۳۹۷

الجمعة ٨ ذو القعدة ١٤٣٩

Friday, July 20, 2018

Servis xəbərlərinin titri

Astan Qüds Rəzəvinin səfirləri Kermanşah şəhərinə daxil oldular

Şəbistan xəbər agentliyi: İmam Rzanın (ə) pak hərəminin xidmətçiləri o Həzrətin həyəcanlı aşiqlərinin qarşılamaları arasında mərhəmətli İmamın (ə) mübarək bayrağını qəlbləri eşqlə dolu olan kermanşahlılara qonaq etdilər.

Servis Əsas səhifə Zaman :   Sunday, April 15, 2018 Xəbər kodu : 33184
Ayətullah Siddiqi
Tələbələr əxlaqi səciyyələri camaatın arasında yaysınlar
Şəbistan xəbər agentliyi: Ayətullah Siddiqi dedi: Tələbələrin libası əxlaqi səciyyələri camaatın qəlbində yaymalıdır. Onlar düşmənlərlə qorxusuz şəkildə mübarizə aparmalıdırlar. Amma cahillərlə keçinərək, onları ayıltmağa çalışmalıdırlar.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Tehranın müvəqqəti İmam cüməsi Ayətullah Kazim Siddiqi Məbəs bayramı münasibəti ilə İmam Xomeyni (rəh) mədrəsəsinin tələbələrinin başına əmmamə qoyma mərasimində çıxış edərək dedi: Məbəs Haqqın bütün bəşəriyyətə və möminlərə hidayət yağışıdır.

O, İslam Peyğəmbərinin (s) əzəməti barədə Quran ayələrinə işarə edərək dedi: Sizin içinizdən bir şəxsi sizə tərəf göndərdik. Bu ayənin bizə mesajı budur ki, xalqa tərəf getmək və xəstələri öz yerlərində müalicə etmək lazımdır. Peyğəmbər (s) kiminsə ona tərəf gəlməsini gözləmirdi. O Həzrət dərdlilərin dərmanını bilirdi. Habelə bəşəri xilas etmək üçün özünü oda-suya vururdu.

O, tələbələrə xitab edərək dedi: Möminlər və alimlər tez inciyən olmamalıdırlar. Böyük dözümlülüklə və ixlasla Allah üçün qiyam etmək lazımdır. Camaatı hidayət etmək üçün onlara tərəf gedilməlidir. Quran ayələrinə əsasən, Peyğəmbər (s) camaat ona tərəf gəlməmiş onların yanına gedirdi. Biz də o Həzrəti örnək almalıyıq.

O, bildirdi ki, Peyğəmbər (s) Müdəssir və Müzzəmmil surələrinin birində ictimai qiyam etmək, digərində isə batini qiyam etməklə tərif olunmuşdur. Cəmiyyətin əxlaqi xəstəliklərə mübtəla olduğu bir şəraitdə rahatlıqdan əl çəkməli və təhlükələr qarşısında sinəmizi mərdliklə irəli verməliyik.   

Ayətullah Siddiqi dedi: Tələbələrin libası əxlaqi səciyyələri camaatın qəlbində yaymalıdır. Onlar düşmənlərlə qorxusuz şəkildə mübarizə aparmalıdırlar. Amma cahillərlə keçinərək, onları ayıltmağa çalışmalıdırlar.http://shabestan.ir/detail/News/699475

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده