خبرگزاری شبستان

پنج شنبه ۲۹ شهریور ۱۳۹۷

الخميس ١٠ المحرّم ١٤٤٠

Thursday, September 20, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Sunday, April 15, 2018 Xəbər kodu : 33183
Yeni əsərdə araşdırıldı;
Müasir İranda İmam Zamanın (ə) intizarının ictimai funksiyası
Şəbistan xəbər agentliyi: “Müasir İranda İmam Zamanın (ə) intizarının ictimai funksiyası” kitabında əsasən intizarın məfhumu və onun insanlar ümid vermədə önəmli rolundan bəhs edir. Bu əsər çap olundu.

Şəbistan xəbər agentliyinin İmam Xomeyni (r) adına tədqiqat və təlim mərkəzinin nəşriyyatına istinadən verdiyi xəbərə əsasən Höccətül-islam vəl-müslimin Məhəmmədsadiq Rəbbani tərəfdən qələmə alınmış “Müasir İranda İmam Zamanın (ə) intizarının ictimai funksiyası” kitabı İmam Xomeyni (r) adına tədqiqat və təlim mərkəzinin nəşriyyatda çap olundu.

Gələcəyə ümid bu günki insanın ehtiyaclarından biridir. Çünki gələcəyə ümidin sayəsində hərək və aktivlik yaranır və insanı inkişafa vadar edir. Buna görə də ümid tarixin və bəşərin hərəkətinə səbəb olan önəmli amillərdəndir. Hər bir ictimai və dini quruluş yaşamaq və aktiv olmaq üçün ümid ünsürünə möhtacdır. Əgər İslam dinində Məhdəviyyət və dünyəvi islahatçını gözləmək olmasaydı, İslam cəmiyyəti tarixdə hərəkətdən qalardı. Dayanmış və ölü bir cəmiyyətə çevrilərdi.

Bu elmi araşdırmada İmam Zamanın (ə) zühurunun intizarı əqidə, şiənin önəmli strategiyası, Əhli-beytin (ə) təkidi, onun İslam cəmiyyətinin aktivliyində rolu və cəmiyyətin vəhdəti kimi təhlil və araşdırıldı.

Yazıçı ilk öncə intizarın məfhumunu açıqlayır və cəmiyyətin islahı üçün onun insanlara bəxş etdiyi təsir haqda bəhs edir. Ümid mövzusunu və onun bölmələrini Quran və hədislər araşdırmışdır. Daha sonra ayələrdə və hədislərdə buyurulan haqq ordusunun batilə qələbə vədəsi və Allahın möminlərə köməyi və İmam Zamanın (ə) zühuru zamanı ədalətin genişlənməsi mövzuları araşdırılmışdır.

http://shabestan.ir/detail/News/699521

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده