خبرگزاری شبستان

جمعه ۲۳ آذر ۱۳۹۷

الجمعة ٦ ربيع الثاني ١٤٤٠

Friday, December 14, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, April 15, 2018 Xəbər kodu : 33182
Müqəddəs Cəmkəran məscidinin rəhbərliyi:
On beş Şaban İmam Zaman (əccələllah taala fərəcəhu) müntəzirlərinin böyük manevri
Şəbistan xəbər agentliyi: Özümüzü Müqəddəs Cəmkəran məscidində milyonlarla insanın görüşünə hazırlamalıyıq. On beş Şaban İmam Zaman (əccələllah taala fərəcəhu) müntəzirlərinin böyük manevridir. Bu proqram İran xalqının və şiəliyin əzəmətini göstərir.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin Müqəddəs Cəmkəran məscidinə istinadən verdiyi məlumata görə  Müqəddəs Cəmkəran məscidinin rəhbəri Höccətül-islam vəl-mülsimin Rəhimiyan zəvvarların xidmətlərinin genişlənməsi mərkəzi və Qum ostanının səfər xidmətləri iclasında özünü islah etməyə toxunaraq, dedi: İran inqilabının Ali Rəhbəri məsul işçilərlə keçirdiyi iclasda buyurdu ki, hər bir sahənin məsul işçiləri özünü islah etməyə və dualardan istifadə etməyə möhtacdılar. İmam Xomeyniyə ® istinadən dedi ki, Kümeyl duası və Şabaniyyə münacatı ən dəyərli dualardandır.

 O sözünə belə davam etdi: İran islam dövlətinə qarşı ümidsiz olanların əksinə Ali Rəhbər buyurdu: Əgər İslam dövlətinin bünövrəsi möhkəm olmasaydı, bu qədər böyük hücumların qarşısında müqavimət göstərə bilməzdi.

Müqəddəs Cəmkəran məscidinin rəhbərliyi dedi: Tarixin bir dövrü həssas həyat təzri sürürük. Bu eniş-yoxuşlar təbidir. Bu yolu qət etməliyik. Hər bir insan öz işini düzgün yerinə yetirsə, cəmiyyət düzələr.

Özümüzü Müqəddəs Cəmkəran məscidində milyonlarla insanın görüşünə hazırlamalıyıq. On beş Şaban İmam Zaman (əccələllah taala fərəcəhu) müntəzirlərinin böyük manevridir. Bu proqram İran xalqının və şiəliyin əzəmətini göstərir.

http://shabestan.ir/detail/News/699529

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده