خبرگزاری شبستان

جمعه ۲۹ تیر ۱۳۹۷

الجمعة ٨ ذو القعدة ١٤٣٩

Friday, July 20, 2018

Servis xəbərlərinin titri

Astan Qüds Rəzəvinin səfirləri Kermanşah şəhərinə daxil oldular

Şəbistan xəbər agentliyi: İmam Rzanın (ə) pak hərəminin xidmətçiləri o Həzrətin həyəcanlı aşiqlərinin qarşılamaları arasında mərhəmətli İmamın (ə) mübarək bayrağını qəlbləri eşqlə dolu olan kermanşahlılara qonaq etdilər.

Servis Əsas səhifə Zaman :   Sunday, April 15, 2018 Xəbər kodu : 33181
İntizar hədisi......
Həzrət İmam Mehdinin (ə) ordusuna qoşulmanın yolu
Şəbistan xəbər agentliyi: İmam Məhəmməd Baqir (ə) buyurur: “İmam Mehdinin (ə) dostları və şiələri dünyanın hər nöqtəsindən Ona tərəf hərəkət edəcəklər. Yer onların ayaqları altında yığılıacaq. Teyyul ərz vasitəsi ilə İmamlarına çatacaqlar və Onunla beyət edəcəklər.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin verdiyi məlumata əsasən Həzrət İmam Mehdinin (ə) ordularının İmam Zamanın (ə) qiyamından xəbərdar olması və onları müqəddəs Məkkə şəhərində bir yerə yığılması barədə Əhli-beytdən (ə) müxtəlif formalarda hədislər nəql olunmuşdur. Bəzi şəxslər gecəni öz yatağında keçirib, sühb çağı özünü İmamın (əleyhissalam) hüzurunda görəcəklər. Bəzi şəxslər isə teyyul əzr (qısa müddət əzrində uzun məsafəni qət etmək) vasitəsi ilə özünü İmam Zamana (əleyhissalam) çatdıracaqlar. Bir qrup isə qiyamdan xəbərdar olan kimi İmam Zamanın (ə) yanına gələcəklər.

İmam Məhəmməd Baqir (ə) buyurur: “İmam Mehdinin (ə) dostları və şiələri dünyanın hər nöqtəsindən Ona tərəf hərəkət edəcəklər. Yer onların ayaqları altında yığılıacaq. Teyyul ərz vasitəsi ilə İmamlarına çatacaqlar və Onunla beyət edəcəklər.

عن الباقر علیه السلام: «و تسیرالیه - إی المهدی - شیعته من اطراف الارض تطوی لهم طیاّ، حتی یبایعوه»(1)

İmam Rza (əleyhissalam) bu haqda buyurur: “ Allaha and olsun ki, əgər bizim Qaimimiz (ə.c) qiyam etsə, Allah mütəal dünyanın müxtəlif şəhərlərində olan şiələri Onun ətrafına toplayacaq.”

الرضا علیه السلام: «والله أن لو قام قائمنا لجمع الله الیه جمیع شیعتنا من جمیع البلدان» (2)

Mənbələr:

1-Rövzətul-vaizin, c 2, s 263, İdquddurər, s 65

2-Məcməul-bəyan, c 1, s 582

http://shabestan.ir/detail/News/699592

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده