خبرگزاری شبستان

پنج شنبه ۲۹ شهریور ۱۳۹۷

الخميس ١٠ المحرّم ١٤٤٠

Thursday, September 20, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Sunday, April 15, 2018 Xəbər kodu : 33180
Elmi hövzənin ustadı
Yalan danışmaq ruzinin azalmasına ya aradan getməsinə səbəb olur
Şəbistan xəbər agentliyi: Elmi hövzənin ustadı dedi: Yalan danışmaq insanın ruzisinin azalmasına ya aradan getməsinə səbəb olur. Əgər möminlər təqvalı olsalsalar, bir az işləmək və çalışmaqla Allah yerin və göyün bərəkətlərini onlara əta edər.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzənin ustadı Höccətül-islam vəl-müslimin Seyyid Məhəmmədbaqir Ələvi Tehrani Məbəs bayramı münasibəti ilə Ayətullah Haqşünas hüseyniyyəsində keçirilən mərasimdə çıxış edərək dedi: Doğru danışmaq, şükür etmək, həyalı və zoş əxlaq olmaq kimi dörd xüsusiyyət bir şəxsdə olsa, Allah onun günahlarını bağışlayar və onları yaxşı əmələ çevirər. Həqiqətdə onu bağışlamaqdan əlavə, məqamını da yüksəldər.

O dörd xüsusiyyətdən birinin doğru danışmaq olduğuna işarə edərək dedi: Peyğəmbər (s) buyurur: Əgər bir şəxsin dəyərini ölçmək istəsəniz, onun nə qədər doğru danışdığına diqqət edin. Buna görə də iman yalnız namaz, oruc ya həcc kimi ibadi əməlləri yerinə gətirməkdən ibarət deyil. Həqiqətdə doğru danışmaq imanın nişanəsidir.

O, dedi ki, bir gün səhabələrdən biri Peyğəmbərin (s) hüzuruna gəlib dedi: Mən günaha mübtəlayam. Nə edim ki, xilas olum? Həzrət ona xitab edərək dedi: Yalan danışma xilas olacaqsan.

Elmi hövzənin ustadı dedi: Yalan danışmaq insanın ruzisinin azalmasına ya aradan getməsinə səbəb olur. Hədislərə əsasən, əgər möminlər təqvalı olsalsalar, bir az işləmək və çalışmaqla Allah yerin və göyün bərəkətlərini onlara əta edər. Amma kafirlərin ruziləri yalnız və yalnız çalışmaları qədərdir.

O, əlavə etdi ki, qohum-əqrəbanı axtarmaq, sədəqə vermək, infaq etmək və xumus vermək də insanın ruzisinin çoxalmasına səbəb olur.http://shabestan.ir/detail/News/699397

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده