خبرگزاری شبستان

پنج شنبه ۲۹ شهریور ۱۳۹۷

الخميس ١٠ المحرّم ١٤٤٠

Thursday, September 20, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Sunday, April 15, 2018 Xəbər kodu : 33179
Ayətullah Misbah Yəzdi İmam Xomeyni (rəh) mədrəsəsinin tələbələrinin başına əmmamə qoyma mərasimində
Peyğəmbərin (s) besət nemətindən düzgün istifadə etməyin şərtləri hansılardır?
Şəbistan xəbər agentliyi: Ayətullah Misbah Yəzdi dedi: Ən böyük ilahi nemət Peyğəmbərin (s) besətidir ki, əvvəldən axıra qədər hamını öz təsiri altına almışdır.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, İmam Xomeyni (rəh) təlim və tədqiqat müəssisənin müdiri Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi Məbəs bayramı münasibəti ilə bu mədrəsədə təşkil olunmuş tələbələrinin başına əmmamə qoyma mərasimində çıxış edərək dedi: Şəhidlərin qanının bərəkəti və İmam Xomeyninin (rəh) zəhmətləri nəticəsində Allah ölkəmizə elə bir bərəkət vermişdir ki, dünyada nümunəsi yoxdur. Habelə elə bir qüdrət vermişdir ki, başqa qüdrətlər onun qarşısında diz çökürlər. 40 ildən sonra onun bərəkətlərini görürük.

O, Allahın nemətlərinin davam etməsinin onların şükrünü yerinə gətirməkdən asılı olduğunu bildirərək dedi: Səhifeyi Səccadiyyənin dualarında İmam Səccaddan (ə) gəlmişdir ki, Allahın bir nemətinin şükrün yerinə gətirmək istəsəm belə, min illik bir uzun ömür də ona kifayət etməz.

 O, qeyd etdi ki, ən böyük ilahi nemət sayılan Peyğəmbərin (s) besəti Allahın bəndələrinə əta olunmuşdur ki, bir "əlhəmdu lillah" deməklə onun şükrünü yerinə gətirmək mümkündürmü?

Ayətullah Misbah Yəzdi dedi: Ən böyük ilahi nemət Peyğəmbərin (s) besətidir ki, əvvəldən axıra qədər hamını öz təsiri altına almışdır.

Bu neməti doğru şəkildə tanımaq onun qarşısında şükür etməkdır. Peyğəmbərin (s) besət nemətinin qarşısında şükür etməyin ilkin addımı budur ki, bizim üçün nə gətirdiyini və besətin məzmununun nə olduğunu bilək.http://shabestan.ir/detail/News/699459

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده