خبرگزاری شبستان

سه شنبه ۴ اردیبهشت ۱۳۹۷

الثلاثاء ٩ شعبان ١٤٣٩

Tuesday, April 24, 2018

Servis xəbərlərinin titri

İmam Mehdinin (ə) zühuru bəşərin arasında mənəviyyat, rasionallığı və məhəbbəti yayır

Şəbistan xəbər agentliyi: “Eşq və məhəbbət Əhli-beytin (ə) baxımından” milli konfransının katibi dedi: İmam Mehdinin (ə) zühuru bəşərin arasında mənəviyyat, rasionallığı və məhəbbəti yayır.

Servis Əsas səhifə Zaman :   Saturday, April 14, 2018 Xəbər kodu : 33171

Suriyada nə baş verir? - BÜTÜN MƏLUMATLR
Rusiya ABŞ və müttəfiqlərinin Suriyadakı addımlarını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırıb. Bu barədə Rusiya prezidenti Vladimir Putinin Kremlin saytında dərc olunan bəyanatında deyilir

FaktXəbər-in verdiyi məlumata görə, u gün erkən saatlarda ABŞ-ın və müttəfiqlərinin Suriyanı raket hücumuna məruz qoymasından sonra dünya liderləri və qonşuölkələr ABŞ və Qərb ölkələrini qınayan bəyanatlar veriblər. 

 

Rusiya ABŞ və müttəfiqlərinin Suriyadakı addımlarını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırıb. Bu barədə Rusiya prezidenti Vladimir Putinin Kremlin saytında dərc olunan bəyanatında deyilir.

 

 Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ və müttəfiqləri Suriyaya beynəlxalq hüquq normalarını pozaraq hücum ediblər. Zərbələr BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan və Təşkilatın Nizamnaməsi pozulmaqla endirilib. O, baş verənləri terrorizmə qarşı mübarizənin ön plandan olan suveren dövlətə qarşı təcavüz aktı kimi qələmə verib. ABŞ-ın Suriya ərazisinə zərbələri ölkədəki humanitar fəlakəti daha da dərinləşdirir və yeni qaçqın dalğasının yaranmasına əsas verir. Tarix hər şeyi öz yerinə qoyacaq və o, artıq Vaşinqtonun üzərinə Yuqoslaviya, İraq və Liviyadakı qanlı qırğınların məsuliyyətini qoyub.

 

Məsələyə münasibət bildirən İran Xarici İşlər Nazirliyi, ABŞ, Böyük Britaniya və Fransa daxil olmaqla, üç ölkənin hərbi hücumlarını qətiyyətlə pisləyib və hücumun regional və trans-regional nəticələri ilə bağlı xəbərdarlıq edib.

 

ABŞ, Fransa və Böyük Britaniya təşkil etdiyi hücumu zorakılıq adlandıran İran XİN-i bildirib ki, bu hücum beynəlxalq qanunların, Suriya milli suverenliyinin və ərazi bütövlüyünün pozuntusudur. Heç şübhəsiz ki, ABŞ və müttəfiqləri düzgün dəlil və sənəd olmadan, BMT və Kimyəvi Silahları Qadağan edən Təşkilatın (OPCW) əvəzindən hakimlik edərək Suriya əleyhinə qərar verib və özlərini dünyanın polisi hesab edərək avantürist bir təşəbbüs göstəriblər və buna lazımi cavab verilməlidir.

 

Türkiyə XİN-i isə ABŞ və müttəfiqlərinin Dəməşqi bombalamasını məmnunluqla qarşılayıb.

 

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi, ABŞ və müttəfiqlərinin aprelin 14-də gecə saatlarında Suriyaya endirdikləri hava zərbələrini qiymətləndirərkən bildirib.

 

XİN-in açıqlamasında daha sonra vurğulanıb: “Aprelin 7-də Dumada mülki insanların ölmünə səbəb olmuş kimyəvi silahla hücumun qarşılığında ABŞ, İngiltərə və Fransanın aprelin 14-də Suriya rejiminə qarşı keçirdiyi əməliyyatı yerində edilən bir təzyiq olaraq görürük”.

 

Hücumdan sonra açıqlama verən Suriya Xarici İşlər Nazirliyi bildirib ki, Qərbin Suiryaya hücumu və barbarlığı Suriya xalqının və qəhrəman silahlı qüvvələrinin qətiyyətinə və israrına heç bir şəkildə təsir etməyəcək.   "Ordu terrorçulara qarrşı mübarizəni davam etdirəcək. Hücumların bütün ölkənin nəzarətini bərpa etməyə heç bir təsiri olmayacaq. Bu beynəlxalq təhlükəsizliyi təhdidən təcavüz dünyada gərginliyə səbəb olacaq", - deyə nazirliyin açıqlamasında qeyd olunur.

 

Livanın "Hizbullah" müqavimət təşkilatı ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hücumu pisləyib.

 

Təşkilatdan verilən açıqlamada bildirilib kİ, ABŞ-ın Suriyaya qarşı müharibəsi hədəfinə nail olmayacaq.   Bu təcavüzün Suriya milli suverenliyi və ərazi bütövlüyün pozulması olduğunu bildirən Hizbullah Hərəkatı, "ABŞ və müttəfiqləri sübutsuz iddialarla Suriyaya hücum edib. Heç şübhəsiz ki, ABŞ Suriya, region ölkələri və müqavimət qüvvələrinə qarşı müharibədə məğlubiyyətlə üzləşəcək.Bölgədə mübarizə aparan müqavimət və azadlıq hərəkatları hədəflərinə çatacaqlar" - deyib.

 

 

Qeyd edək ki, səhər saatlarında Suriyaya endirilən hava zərbələri nəticəsində azı 3 nəfər yaralanıb. Zərbə Homs yaxınlığındakı obyektə endirilib. Homsdakı hərbi bazaya atılan raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, onların istiqaməti dəyişdirilib, nəticədə 3 dinc sakin yaralanıb.

 

ABŞ prezidenti Donald Tramp cümə günü Suriyaya zərbə endirilməsi barədə göstəriş verib və ABŞ, Fransa və Britaniya hərbi qüvvələri Suriyaya qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlara Böyük Britaniya və Fransa da qoşulub.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده