خبرگزاری شبستان

جمعه ۲۹ تیر ۱۳۹۷

الجمعة ٨ ذو القعدة ١٤٣٩

Friday, July 20, 2018

Servis xəbərlərinin titri

Astan Qüds Rəzəvinin səfirləri Kermanşah şəhərinə daxil oldular

Şəbistan xəbər agentliyi: İmam Rzanın (ə) pak hərəminin xidmətçiləri o Həzrətin həyəcanlı aşiqlərinin qarşılamaları arasında mərhəmətli İmamın (ə) mübarək bayrağını qəlbləri eşqlə dolu olan kermanşahlılara qonaq etdilər.

Servis Əsas səhifə Zaman :   Friday, April 13, 2018 Xəbər kodu : 33155

Tramp "xox gəldi": Rusların cavabı gecikmədi - ƏTRAFLI
Rusiya Prezidentini mətuat katibi ABŞ Prezidentinin bəyanatlarına münasibət bildirib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov bəyan edib ki, rəsmi Moskva "Twitter-diplomatiyası"nı dəstəkləmir və ABŞ rəhbərliyinə Suriyadakı vəziyyəti şiddətləndirməyi məsləhət görmür.

"Biz (məsələyə) ciddi yanaşılmasının tərəfdarıyıq. Əvvəlki kimi hesab edirik ki, onsuz da kövrək olan vəziyyətə ziyan vura biləcək addımlarının atılmaması vacibdir.", - deyə Peskov jurnalistlərin Trampın "Twitter"-dəki rəsmi hesabında yazdığı son yazılarlar bağlı sualın cavabında qeyd edib.

O həmçinin vurğulayıb ki, ABŞ Suriyaya zərbə endirmək üçün "uydurma bəhanədən" istifadə etməyə çalışır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya məshələt görüb ki, Suriyaya endiriləcək raket zərbələrinə hazır olsun.

"Rusiya istisnasız olaraq bütün raketləri vuracağını vəd edir. Necə lazımdır hazır olun, çünki yaxşı, yeni və yüksək texnoloji raketlər çox olacaq.", - deyə Tramp sosial şəbəkədəki rəsmi səhifəsində yazıb.

Bu yazısından bir müddət sonra isə Tramp daha bir paylaşım edərək bildirib ki, hazırda rəsmi Vaşinqton və rəsmi Moskvanın münasibətləri soyuq müharibə dövründəkindən də daha pisdir.

"Rusiya öz iqtisadiyyatı ilə bağlı bizim köməyimizə möhtacdır. Bunu etmək isə çox sadə olardı və bizə lazımdır ki, bütün ölkələr birgə işləsin. Bəlkə, silahlanma yarışına son qoyaq?", - deyə o qeyd edib.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده