خبرگزاری شبستان

جمعه ۲۹ تیر ۱۳۹۷

الجمعة ٨ ذو القعدة ١٤٣٩

Friday, July 20, 2018

Servis xəbərlərinin titri

Astan Qüds Rəzəvinin səfirləri Kermanşah şəhərinə daxil oldular

Şəbistan xəbər agentliyi: İmam Rzanın (ə) pak hərəminin xidmətçiləri o Həzrətin həyəcanlı aşiqlərinin qarşılamaları arasında mərhəmətli İmamın (ə) mübarək bayrağını qəlbləri eşqlə dolu olan kermanşahlılara qonaq etdilər.

Servis Əsas səhifə Zaman :   Wednesday, April 11, 2018 Xəbər kodu : 33130

Rusiya ABŞ-a cavab tədbirlərinə hazırlaşır
ABŞ hökuməti bildirir ki, sanksiyalar “Rusiyanın qlobal miqyasda ziyanlı fəaliyyətinə” cavab olaraq elan edilib.

İslamazeri.com "voanyus"a istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev ABŞ-ın son sanksiyalarını qəbuledilməz adlandırıb və hökumətə bu sanksiyalara cavab tədbirlərinin, habelə sanksiyalara məruz qalmış Rusiya şirkətlərinin müdafiəsinin layihəsini hazırlamağı tapşırıb.

Medvedev bu barədə bəyanatı aprelin 9-da Birləşmiş Ştatlar Rusiyanın təhlükəsizlik rəsmilərinə, siyasətçilərinə və şəxsən Vladimir Putinə yaxın maqnatlara aktivlərin dondurulması və maliyyə məhdudiyyətlərini elan edəndən üç gün sonra verib.

ABŞ hökuməti bildirir ki, sanksiyalar “Rusiyanın qlobal miqyasda ziyanlı fəaliyyətinə” cavab olaraq elan edilib.

Rusiyaya qarşı sanksiyalar 2017-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanuna əsasən qoyulub. Donald Tramp bu qanundan narazı olsa da onu imzalayıb.

Ötən yanvar ayında ABŞ administrasiyası Konqresin təzyiqi alrtında sanksiyalara hədəf olacaq “oliqarxların siyahısını” dərc edib.

ABŞ sanksiyaları nəticəsində Rusiyanın alüminium nəhəngi Rusalın səhm qiymətləri kəskin düşüb. Bu şirkətin şəriklərindən biri də oliqarx Oleq Deripaskadır. Şirkət mümkün borc defoltuna düşəcəyi barədə xəbərdarlıq edib.

London birjasında Deripaskanın səhmləri 25 faizədək ucuzlaşıb.

Bu təsbirlər nəticəsində Rusiya rubluna da ziyan dəyib.

Bu arada Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç hökuməti ABŞ sanksiyalarının zərbəsinə məruz qalmış Rusiya şirkətlərini müdafiə etməyə çağırıb.

ABŞ Maliyyə Nazirliyi milyarder Deripaskaya bağlı Rusal və digər Rusiya şirkətlərini sanksiyalanan 12 şirkətin siyahısına daxil edib.

Rusal Çin xaric dünyanın ən böyük alüminium istehsalçısıdır. Bu şirkət dünya alüminiumunun 7 faizini verir.

Deripaska ABŞ-ın sanksiyalar qoymaq qərarını “əsassız, axmaq və absurd” adlandırıb.

Rusiya ABŞ-ın aprelin 6-da elan edilmiş sanksiyalarına cavab reaksiyası verməyib, amma Rusiya XİN-in sözçüsü Mariya Zaxarova aprelin 9-da bəyan edib ki, cavab tədbirləri hazırlanır

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده