خبرگزاری شبستان

یکشنبه ۷ آذر ۱۴۰۰

الأحد ٢٣ ربيع الثاني ١٤٤٣

Sunday, November 28, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, April 11, 2018 Xəbər kodu : 33120

Niyə İmam Zamana (ə) “Sahibul-əmr” deyilir?
Şəbistan xəbər agentliyi:........Cəddim Hüseyn (ə) şəhid olanda mələklər ağlayaraq Allahın dərgahına fəryad etdilər: Ey Rəbbimiz və Pərvərdigahımız, Sənin seçdiyinin, seçdiyinin övladıının və ən üstün insanın öldürülməsinə göz yumursan?

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin verdiyi məlumata əsasən İmam Cavad (ə) buyurub: “Bizim Qaimimiz Mehdidir. O, qeybəti dövründə intizarı vacib olan və zühuru zamanı itaəti vacibdir......”

Şüeyb ibn Əbi Həmzə deyir: İmam Hüseynin (ə) hüzura müşərrəf oldum və soruşdum: Sən sahibul-əmrsən?

İmam Hüseyn (ə) buyurdu: Yox. Mən soruşdum: Onda sizin oğlunuzdur?

İmam buyurdu: Yox. Mən yenə soruşdum: Sizin övladınızın övladıdır?

İmam Hüseyn (ə) buyurdu: Yox.

Mən bir aha soruşdum: Onda sahibul-əmr kimdir?

İmam buyurdu: “Sahibul-əmr yer üzünü ədalətlə dolduracaq. Necəki zülm ilə dolacaq. O, uzun bir müddətdən ,özündən əvvəlki imamlardan sonra gələcək. Necəki Məhəmməd peyğəmbər (s) uzun müddətdən özündən əvvəlki peyğəmbərlərdən sonra peyğəmbər seçildi. (Əqdud-durər, s 159)

Bu haqda İmam Səccad (ə) buyurur: Zül-qərneyn iki buludun seçimində ixtiyar sahibi idi. O, onların ikisinin itaətçiliyini seçdi. Möhkəm buludu sizing Mövlanız üçün saxladı. İmamdan (ə) soruşdular: Möhkəm buluddan məqsəd nədir?

İmam Səccad (ə) buyurdu: “O, bulud ki, onda ildırım və şimşək olsun. Sizin sahibiniz ona minəcək. Bilin ki, buluda minəcək və vasitələrlə yüksələcək….”

İntiqam alan Qaim

İmam Baqir (ə) Əbu Həmzə Sumalinin bu sualına “Niyə İmam Zamana (ə) Qaim deyilir?”-belə cavab verdi:

Cəddim Hüseyn (ə) şəhid olanda mələklər ağlayaraq Allahın dərgahına fəryad etdilər: Ey Rəbbimiz və Pərvərdigahımız, Sənin seçdiyinin, seçdiyinin övladıının və ən üstün insanın öldürülməsinə göz yumursan?

Allah-taaladan vəhy gəldi ki, ey mələklər aram olun. İzzət və cəlalıma and olsun ki, onlardan intiqam alacam.

http://shabestan.ir/detail/News/698866

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده