خبرگزاری شبستان

سه شنبه ۲۷ اردیبهشت ۱۴۰۱

الثلاثاء ١٦ شوّال ١٤٤٣

Tuesday, May 17, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, April 9, 2018 Xəbər kodu : 33100

Bütün məscidlər mədəniyyət ocaqlarına çevrilə bilərlər
Şəbistan Xəbər Agentliyi: Bu gün dünyanın inkişafı ilə əlaqədar məscidi köhnə qaydada idarə etmək düzgün olmaz. Əks təqdirdə sosial şəbəkələrlə, dünyanın xəbərləri ilə aşina olan gənclərin ehtiyaclarını ödəmək asan olmayacaqdır. Ənənəvi və qədimi üsullarla məscidin əsas funksiya və potensiallarından istifadə etmək və ondan yararlamaq mümükün deyildir.

Şəbistan Xəbər Agentliyi höccətül - islam vəl - müslimin Mustəfa Mühəddis Xorasani ilə məscidlərin imkanlarından istifadə mövzusundan müsahibə alıb.

 

 

Müsahibimiz deyib: İslam inqilabından sonra məscidlərin zahiri görkəmlərinə, onların təchiz edilməsinə böyük əhəmiyyət verildi. Çox təəssüflər olsun ki, məscidin əsas funksiya, potensial və ictimai- məənəvi qabiliyyətləri kölgədə qaldı.

 

 

Bu gün dünyanın və müasir aləmin inkişafı ilə məscidi köhnə qaydada idarə etmək düzgün olmaz. Çünki əks təqdirdə sosial şəbəkələrlə, dünyanın xəbərləri ilə aşina olan gənclərin ehtiyaclarını ödəmək asan olmayacaqdır. Ənənəvi və qədimi üsullarla məscidin əsas funksiya və potensiallarından istifadə etmək və ondan yararlamaq mümükün deyildir.

 

 

Bütün məscidlər mədəniyyət ocaqlarına və mədəniyyət mərkəzlərinə çevrilə bilərlər. Bunlar mədəni fəaliyyətlərini genişləndirə, incəsənət, təlim - tərbiyə işində yaxından iştirak edə bilərlər. Hətta ən rəsmi qurumlar da bu məsciddən, daha doğru desək onun aparıcı rolundan istifadə edə bilərlər.

 

 

Bu gün bütün ailələr az və çox miqyasda da olsa məscidlə əlaqədədirlər. Övladlarının, cavanların, yeniyetmələrin məscidə gəlib - gedməsi ata və anaları ruhi cəhətdən sakitləşdirir. Bizim fikirimizcə, məscid həyatın bütün sahələrində – siyasi, iqtisadi, ictimai, mədəni və incəsənət sahəsində fəaliyyət göstərmək üçün böyük imkanlara malikdir. Lakin hal - hazırda daha çox ibadi ayinlər və namaz qılmaq üçün istifadə edilən bu məkanlar həmin funksiyalarını yerinə yetirə bilmirlər.

 

http://www.shabestan.ir/detail/News/695929

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده