خبرگزاری شبستان

چهارشنبه ۲ خرداد ۱۳۹۷

الأربعاء ٩ رمضان ١٤٣٩

Wednesday, May 23, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Tənhalıq hissi Allahın ən çətin imtahanıdır

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Allah heç bir şəxsi gücündən artıq vəzifə təyin etmir. Allahın mehribanlıqı ilə tənhalıq hissi keçirtmək yalandır. Biz çox nizamlı bir dünyada yaşayırıq ki, Allahın mehribanlığını unutduğumuz zaman məhv olarıq.

Servis Əsas səhifə Zaman :   Monday, April 09, 2018 Xəbər kodu : 33091
Höccətül-islam vəl-müslimin Ənsariyan
İnsan Quranla həmnişin olaraq qəlbin qaranlıqlarından xilas olar
Şəbistan xəbər agentliyi: Quran təfsirçisi qeyd etdi ki, insan Quranla həmnişin olaraq qəlbinin qaranlıqlarından xilas olar. Quran bəşəri səadət və kamilliyə yetişdirəcək hidayət kitabı və çırağıdır.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzənin ustadı və Quran təfsirçisi Höccətül-islam vəl-müslimin Hüseyn Ənsariyan keçən gecə Rəcəb günləri münasibəti ilə Seyyidüş-Şühəda hüseyniyyəsində  keçirilən mərasimdə çıxış edərək dedi: Mənalı və hikmətli dörd cümlə nəql olunmuşdur ki, demək olar bu dörd cümlə insanın həyat yolunu işıqlandıracaq ən nurlu çırağlardır.

O, əlavə etdi: Əlbəttə, yolunun işıqlı və nurlu olmasını istəyən şəxs bu nurlu çırağı dərk edə bilər.

O, Allahın Quranı dünya xalqları üçün elm və bəsirətdən başqa bir zikr bilmədiyinə işarə edərək dedi: Qərb alimləri bu mühüm məsələni qəbul edirlər ki, Quran tanınmamış bir kitabdır. Onun bütün elmlərə birləşəcəyi var. O elə bir kitabdır ki, heç bir kitab onun kimi təbiətin sirlərini aşkara çıxartmamışdır. Bəzən də eşidilir ki, belə deyirlər: Əgər dünya qalıcı olmaq və aramlığa çatmaq istəyirsə, Qurana müraciət etməlidir.

O, təkid etdi ki, əgər Quran insanın qəlbində sabitləşsə, artıq kimsə onu ilahi ayələrdən başqa bir şeyə əməl etməyə vadar edə bilməz. Bütün şiələrin İmam Hüseynə (ə) qarşı xüsusi bir məhəbbətləri vardır. İmam Əli (ə) İmam Hüseynə (ə) buyurur: Sən elə bir şəxssən ki, əgər məhəbbət sənin barədə danışsa ağlayar. Bu hal əsrlərdir ki, o Həzrəti sevərlərin qəlbində sabitdir və qiyamətdə də onlarla birlikdə olacaq.

O, sonda o dörd hikmətli cümləni xatırlatdı: İnsan ilahi göstərişləri yerinə gətirməklə, Peyğəmbərin (s) həyat tərzindən tabeçilik edərək, günahdan pərhiz eetmək və təqvanı qoruyub saxlamaqla özünü hər bir təhlükədən qoruyub saxlayar.  http://www.shabestan.ir/detail/News/698515

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده