خبرگزاری شبستان

چهارشنبه ۲ آیان ۱۳۹۷

الأربعاء ١٤ صفر ١٤٤٠

Wednesday, October 24, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, April 09, 2018 Xəbər kodu : 33085
Höccətül-islam Darestani:
Axirəz-zamanda insanların günaha asanlıqla bulaşmasının səbəbi
Şəbistan xəbər agentliyi: Bir az məhəbbəti olan insan rahatlıqla günah edir. Bunun mənası budur ki, əgər rahatlıqla xəta və günah edirsə, deməli İmam Zamana (ə) qarşı kifayət qədər məhəbbəti yoxdur.

Şəbistan xəbər agentliyinin Müqəddəs Cəmkəran məscdinin teleqram kanalına istinadən verdiyi xəbərə əsasən dini ekspert Höccətül-islam Seyid Əhməd Darestani bildirdi  ki, bizim İmam Zamana (ə) qarşı məhəbbətimiz az olduğuna görə hər bir xəta və günaha aludə oluruq. O, dedi: Əgər insan anasına qarşı ehtiramsızlıq edir, anasına qarşı olan məhəbbətin çoxluğundan ürəyində ona qarşı qəzəb yaranır. İnsan çoxlu məhəbbət sayəsində övladına görə canını verməyə hazırdır. Amma o əmisi oğluna qarşı bu hissi keçirmir.

 O, Peyğəmbərin (s) hədisinə toxunaraq ki, buyurub: “Mömin deyil o kəs ki, övladını mənim övladımdan daha çox istəyir.” –bildirdi ki, “Mənidən Mədinəyə” kitabında İmam Hüseynin (ə) Mədinədən başlayıb, Mədinəyə qayıdan hərəkatını izah edir. Bu hadisələrdə insan azacıq məhəbbətləri olan şəxsləri çox müşahidə edir.

 Darestani bildirdi ki, bir qrup İmam Hüseynə (ə) dedilər: Sizi sevirik. Amma mühairbə və qılınc vurma gücümüz yoxdur. Buna görə də sizinlə gəlmirik. O, dedi ki, yol boyu əksər insanlar məhəbbətlərinin azlığına görə İmamla qoşulmadılar. Biz də İmam Zamanı (ə) sevirik. Amma ona görə hər şeyimizdən keçmirik.

Bir az məhəbbəti olan insan rahatlıqla günah edir. Bunun mənası budur ki, əgər rahatlıqla xəta və günah edirsə, deməli İmam Zamana (ə) qarşı kifayət qədər məhəbbəti yoxdur.

http://shabestan.ir/detail/News/698003

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده