خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, April 9, 2018 Xəbər kodu : 33083

Düşmənin hücumlarının çoxalmasının səbəbi İranın artan qüdrətindən təhlükə hiss etməsidir
Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Silahlı Qüvvələrin komandanlarından ibarət bir qrup ilə görüşündə düşmənlərin İrana qarşı hücumlarının artmasının onların İranın artmaqda olan gücündən təhlükə hissi keçirmələrindən mənşə aldığını bildirib.

Şəbistan Xəbər Agentliyi Ali Rəhbərin Baş Ofisinin rəsmi xəbər portalına istinadla xəbər verir ki,  Ali Rəhbər  Ayətullah Seyid Əli Xamenei  ötən gün  İran İslam Respublikasının Silahlı Qüvvələrinin yüksək çinli zabitləri ilə görüşüb.

 Ayətullah Xamenei Rəcəb ayında qarşıdan gələn mövlud günləri münsibətilə dünya müsəlmanlarını təbrik edib. “Rəcəb, Şəban və Ramazan aylarında olan mübarək  günlər Allahın saleh bəndələri üçün  bayramdır.  Bu bərəkətli  aylardan  daha çox mənəvi bəhrələnmək lazımdır.” 

 

Ali Rəhbər ölkə Silahlı Qüvvələrinin lazimi güc, izzət, və kifayət qədər bacarıqlı olmasını vurğulayıb. Eyni zamanda yeni kadrların yetişdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Silahlı Qüvvələrin  əsas məqsədi qarşıya qoyulmuş  vəzifələrin icrasıdır. 

 

Ayətullah Xamenei qeyd edib ki, İran İslam Respublikası hazırda özünün qüdrətli dövrünü yaşayır. “Bizə qarşı olan hücumların əsas səbəbi də günü-gündən artan gücümüzdür.Düşmən bunu özünə təhlükə hesab edir, lakin bütün çirkin hücumlara baxmayaraq İslam Sistemi öz izzətini qoruyur, gücünü dahada artırır.”

 

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanı Həzrət Ayətullah Xameneinin çıxışından öncə silahlı qüvvələrin baş qərargan rəisi ordu generalı Məhəmməd Baqiri bir hesabat təqdim edərək bildirib ki, yeni ildə nəzərdə tutulmuş məqsədlərə nail olmaq istiqamətində səyləri və mücahidlik təşəbbüslərini artırmağa sadiqik.

 

http://shabestan.ir/detail/News/698447

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده