خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, April 8, 2018 Xəbər kodu : 33070
İxtisaslaşmış Məhdəviyyət mərkəzinin ekspertinin Şəbistanla müsahibəsi:
İntizar iqtisadiyyatının tələbləri
Şəbistan xəbər agentliyi: Əgər dövlət işçiləri və xalq Allahın vədəsi olan «اِن تَنصُرُوا اللهَ یَنصُرکُم» -inansaydılar və etiqad bəsləsəydilər və iman etsəydilər ki, onlara kömək edən və onları xilas edəcək bir imam vardır və onların işlərini və iqtisadiyyatını inkişaf etdirən Allah-taaladır, daha çox çalışar, inkişaf edər, yüksək qüllələri fəth edər və heç kimə möhtac olmazdılar.

İxtisaslaşmış Məhdəviyyət mərkəzinin eksperti Höccətül-islam Məhəmməd Sabir Cəfəri Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinə verdiyi müsahibəsində 1397-ci hicri şəmsi ilinin İran İslam inqilabının Ali Rəhbəri tərəfdən “İran məhsuluna dəstək” ili adlandırılmasına toxundu və müntəziranə vəzifələri yerinə yetirməyin bu dəstəyə təsiri və bu dəstəyin  Həzrət İmam Zamanın (ə) zühuruna zəmin yaratmasına təsiri haqda dedi: Heç kimə ehtiyacı olmamaq və müntəzir cəmiyyətin iqtisadi  baxımdan müstəqil olması mövzusu önəmli mövzulardandır. Bu intizarla  bu nəticəyə  çata  bilərik.  İntizar bir çox sahələrə tətbiq oluna bilər. Onların ən önəmlisi və təsirlisi müntəzirin iqtisadi həyatıdır.

 Cəfəri bildirdi: Əgər iqtisadi sahədə bir şəxs başqasına bağlı olsa və başqalarının iqtisad süfrəsinin başında otursa, istər-istəməz onların siyasi və etiqadi süfrəsinin başında oturub. Çünki iqtisadi, siyasi, ideoloji və etiqadi mövzular arasında sıx bağlılıq vardır. Buna görə kiməsə bağlı iqtisad zühura zəmin yaradan dini və müvəhhid cəmiyyətə əks təsir göstərir.

Əgər dövlət işçiləri və xalq  Allahın vədəsi olan

«اِن تَنصُرُوا اللهَ یَنصُرکُم»

-inansaydılar və etiqad bəsləsəydilər və iman etsəydilər ki, onlara kömək edən və onları xilas edəcək bir imam vardır və onların işlərini və iqtisadiyyatını inkişaf etdirən Allah-taaladır, daha çox çalışar, inkişaf edər, yüksək qüllələri fəth edər və heç kimə möhtac olmazdılar.

http://shabestan.ir/detail/News/698065

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده