خبرگزاری شبستان

پنج شنبه ۳ مهر ۱۳۹۹

الخميس ٧ صفر ١٤٤٢

Thursday, September 24, 2020

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, April 8, 2018 Xəbər kodu : 33068

İslamın əmək və ticarətə verdiyi qiymət
Şəbistan Xəbər Agentliyi: Hər bir tacirin vəzifəsi vardır. O, öz ailəsinin təminatını ödəməlidir. Buna “nəfəqə” deyilir. İslam rəvayətləri baxımından özünü başqalarına ehtiyaclı edən, başqalarına yük olan insanlar “məlum”, yəni lənət olunmuş Allahın rəhmətindən uzaq sayılırlar.

Höccətül-İslam Qasim İbrahim Pur Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində bildirdi ki, ticarət və islam meyarları əsasında həyata keçirilən alış - verişin ilkin təsiri və faydası tacir, alverçi, biznesmenin başqalarından ehtiyacsızlığı və müstəqilliyidir. Bu ehtiyacsızlıq hər bir şəxsə izzət və başıucalıq və nəticədə hörmət gətirir. Belə ki, bu yolda öldürülərsə, o şəhid sayılır.

 

 

Hər bir tacirin vəzifəsi vardır. O, öz ailəsinin təminatını ödəməlidir. Buna “nəfəqə” deyilir. İslam rəvayətləri baxımından özünü başqalarına ehtiyaclı edən, başqalarına yük olan insanlar “məlum”, yəni lənət olunmuş Allahın rəhmətindən uzaq sayılırlar.

 

 

Yaddan çıxartmayaq ki, ehtiyacsızlıq, maddiyyat cəhətdən təmin olunma islam həyat tərzinin son məqsədi deyildir. Belə ki, hədislərdə göstərilir ki, bəziləri ehtiyacı olmadıqlarına görə ticarəti bir kənara qoymasınlar. Və onlar məsum imamlar tərəfindən məzzəmmət edilirlər. Səbəbi budur ki, insanın ehtiyacı olmasa da, o ticarəti tərk edə bilməz, çünki ticarətin xüsusiyyətlərindən biri insanın ağıl və düşüncəsini artması, təcrübədə baş verən qüsurları aradan qaldırmaqdır. İmam Sadiq (ə) ticarəti ehtiyacsızlıq üzündən bir kənara qoyan bir şəxsə başa salır ki, onun təcrübəsi vardır, ehtiyacsızlığı üzərindən ticarəti bir kənara qoysa, bazar rövnəqdən düşəcək və kimsə onun təcrübələrindən istifadə edə bilməyəcəkdir. Hətta rəvayətlərdə bu əməl işsizlik cəhətindən də qınanıla bilər.

 

 

Dinimizdə tənbəllik, süslük qınanılır. Buna görə də göstərilir ki, əgər ehtiyacınız olmasada belə, yenə də ticarətdən istifadə edin.

 

 

http://shabestan.ir/detail/News/698075

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده