خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Wednesday, March 14, 2018 Xəbər kodu : 32867

Yeni ildə Allahdan istədiyimiz "ən yaxşı haldan" məqsəd nədir?
Şəbistan xəbər agentliyi: Hövzə və universitetin tədqiqat mərkəzinin üzvü dedi: Allahdan istədiyimiz "Ən yaxşı haldan" məqsəd budur ki, ilahi! Məni Öz bəndəçilik dərəcənə çatdır. Çünki Sənin bəndəçiliyin ən yaxşı və ən üstün haldır. Əgər Sənin bəndəçiliyin ən yaxşı və ən üstün hal olmasaydı, bizə göstəriş verməzdin ki, namazın təşəhhüdündə ilk olaraq, Peyğəmbərin (s) bəndəçiliyinə şəhadət verək.

Hövzə və universitetin tədqiqat mərkəzinin üzvü Höccətül-islam vəl-müslimin Qasim Xancani il dəyişərkən oxunan məşhur duanı izah verdi. Bu duada insanın halının yaxşı hala çevrilməsi istənilmişdir. O, yaxşı hal ilə İmam Zamanın (əc) zühuru dövründəki əlaqəyə işarə edərək Şəbistan xəbər agentliyinin jurnalistinə dedi: Bu dua Şeyx Tusinin "Misbahul-müctehid", Seyyid İbn Tavusun "İqbalul-əmal" və hətta Şeyx Abbas Qumminin "Məfatihul-cinan" kimi bizim mötəbər və qədimi dua kitablarımızda da bu formada zikr olunmamışdır. Həqiqətdə Əllamə Məclisinin yazılarından birində və bir nəqlə əsasən zikr olunmuşdur. Buna görə də onun imamlara və dinin böyüklərinə mənsub olmamasında heç bir şəkk yoxdur. Amma bu o mənaya deyil ki, bu dua yaxşı dua deyil və il dəyişərkən oxunmamalıdır.

Əhli-beytin nəzərində "ən yaxşı hal" belə məna olmuşdur. Əli (ə) Kumeyl duasında buyurur: "İlahi mənim halımı elə qərar ver ki, həmişə sənin xidmətində olum".  Allahdan istədiyimiz "Ən yaxşı haldan" məqsəd budur ki, ilahi! Məni Öz bəndəçilik dərəcənə çatdır. Çünki Sənin bəndəçiliyin ən yaxşı və ən üstün haldır. Əgər Sənin bəndəçiliyin ən yaxşı və ən üstün hal olmasaydı, bizə göstəriş verməzdin ki, namazın təşəhhüdündə ilk olaraq, Peyğəmbərin (s) bəndəçiliyinə şəhadət verək.http://www.shabestan.ir/detail/News/695901

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده