خبرگزاری شبستان

چهارشنبه ۴ مهر ۱۳۹۷

الأربعاء ١٦ المحرّم ١٤٤٠

Wednesday, September 26, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Wednesday, March 14, 2018 Xəbər kodu : 32864

Məscidlər xalqın maddi yardımlarına arxalanmalıdırlar
Şəbistan Xəbər Agentliyi: Məscidlər xalqın yardımına söykənməklə də öz müstəqilliyini saxlaya və eyni zamanda da parlaya və inkişaf edə bilərlər

 

Ayətullah Murtəza Qaini Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində məscidlərin büdcə problemlərinin xalq tərəfindən ödənilməsinə tərəftar olduğunu bildirərək dedi: Məscidlərin hər hansı bir dövlət təşkilatlarına və rəsmi qurumlara aslılığı sonradan yarası sağalmayacaq səhvlərə gətirib çıxardacaqdır. Buna görə də böyük alimlər və təqlid mərcələri həmişə məscidlərin müstəqilliyinin tərəfdarları olmuşlar.

 

 

Məscidlər öz yerləşdikləri ərazilərdə xalqın maddi yardımı ilə idarə edilməlidirlər. Ola bilsin ki, hər hansı bir rəsmi qurumdan aslılıq və ondan maddi yardım almaq qısa bir müddətdə məscidin inkişafına səbəb olsun, lakin bir müddət keçdikdən sonra nəticəsi yaxşı olmayacaqdır. Sonda məscidin ehtiram, yer və mənəvi yükünün azalmasına gətirib çıxardacaqdır. Çünki müşahidələr göstərir ki, məscid harada vəqflər idarəsinə, hər hansı bir xeyriyyə təşkilatına və yaxud da ki İslam təbliğatı qurumlarına söykənibsə, sonradan keyfiyyət göstəricisi aşağı düşüb. Məscidlər xalqın yardımına söykənməklə də öz müstəqilliyini saxlaya və eyni zamanda da parlaya və inkişaf edə bilərlər. Təkcə məscidlər deyil, həm də dini elmlər hövzəsi də tarix boyu müstəqil olmuşlar. Xalq can - başla məscid proqramlarında iştirak edir. Dövlət də elə proqramlaşdıra bilər ki, məscidin müstəqilliyini və hörmətini saxlamaq şərti ilə məscidə yardım etsin. Lakin dövlətin bu yardımı məscidin bu müstəqilliyini təsiri altına salmamalıdır.

 

 

http://shabestan.ir/detail/News/693617

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده