خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Wednesday, March 14, 2018 Xəbər kodu : 32863

Hələ də elmi ümumiləşdirə bilməmişik
Şəbistan Xəbər Agentliyi: Hər hansı bir araşdırmanı aparmazdan qabaq onun hər hansı bir sahədə işləkli olmasını, bəhrə və səmərə verməsinidə əvvəldən araşdırmalıyıq. Yalnız elmi məhsulları ortaya qoymaq kifayət deyil, onun istehsalata tətbiqinə və həyata keçməyinə də fikir verməliyik. Buna görə də uzun müddətli bir proqramla işləmək lazımdır.

 

 

İranda fəaliyyət göstərən Humanital elmlər və Mədini təbliğatlar elmi müəssisəsinin məsul şəxsi höccətül - islam vəl - müslimin Canullah Kərim Mutəhhər Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində elmi araşdırmalar barəsində bunları dedi: Biz araşdırmalara cüzi və geniş baxışlar konsepsiyası, peresektivli proqramlar hazırlamalıyıq.

 

 

Cüzi baxış dedikdə araşdırmaları müəyyən metod və qaliblərə salmaq və bununla bağlı işlər nəzərdə tutulur. Daha universal və geniş baxış isə bundan ibarətdir ki, elmi fəaliyyətlərimiz yalnız bir sahədə deyil, bütün sahələrdə öz təsirini göstərsin, yəni tətbiq edilə bilsin. Yəni hər hansı bir araşdırmanı aparmazdan qabaq onun hər hansı bir sahədə işləkli olmasını, bəhrə və səmərə verməsinidə əvvəldən araşdırmalıyıq. Yalnız elmi məhsulları ortaya qoymaq yetərli deyil, onun istehsalata tətbiqinə və həyata keçməyinə də fikir verməliyik. Buna görə də uzun müddətli bir proqramla işləmək lazımdır. Elmin yayılması və onun ümumiləşdirilməsi, dəqiq desək milliləşdirilməsi bizim əsas prioritetimiz olmalıdır.

 

 

Təhsil nazirliyi bu məsələyə xüsusi əhəmiyyət verməlidir. Bu sahədə atılası addımlar hələ də çoxdur.

 

 

http://shabestan.ir/detail/News/695755

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده