خبرگزاری شبستان

چهارشنبه ۴ مهر ۱۳۹۷

الأربعاء ١٦ المحرّم ١٤٤٠

Wednesday, September 26, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Wednesday, March 14, 2018 Xəbər kodu : 32860

Qeybət dövrünün heyranlıqları “Heyrət əsri” kitabında
Şəbistan xəbər agentliyi: Hədislərdə İmam Zamanın (əleyhissalam) qeybət dövrünü heyrət dövrü adlandırılır. Qeybət dövrünün müxtəlif mərhələlərində bu heyrətin dərəcəsi müxtəlifdir. Bu heyrət Əhli-beytin (ə) hazır olduğu dövrdən daha çoxdur.

Şəbistan xəbər agentliyinin verdiyi xəbərə əsasən Müqəddəs Cəmkəran məscidinin nəşriyyatı 288 səhifəlik “Heyrət əsri” adlı kitabı çap etdi..

Şəbistan xəbər agentliyinin verdiyi xəbərə əsasən şiə məzhəbi həyatı boyu müxtəlif formalarda və dəfələrlə heyrətə düçar olmuşdur. Şiələr həyatının bütün mərhələlərini İmamın (ə) nəzərinə və məsumun fikrinə  əsasən tənzimlədiyinə görə müxtəlif dövrlərdə heyrətə və ikitərliyə və yol seçiminə heyran qalmağa düçar olmuşdur.

Bu heyranlığı İmam Kazımın (ə) şəhadətindən sonra Vaqifiyyə firqəsində görə bilərik. Eləcə də İmam Sadiqin (ə) böyük oğlu İslamilin vəfatı, İmam Hadinin (əleyhissalam) Seyid Məhəmmədin hadisəsi şiələrin müxtəlif dövrlərdə düçar olduğu heyranlıqlardır. Amma onlar İmamların (ə) hiyadəti ilə haqq yolu tapdılar.

 Buna görə də İmam Zamanı (ə) tanımaqda olan heyranlıq yeni bir mövzu deyil. Bu məsələ imamların (əleyhimussalam) dövründə də var idi. Qeybət dövrünün müxtəlif mərhələlərində bu heyrətin dərəcəsi müxtəlifdir. Bu heyrət Əhli-beytin (ə) hazır olduğu dövrdən daha çoxdur.

Məhmud Mütəhhəri tərəfində qələmə alınmış “Heyrət əsri” kitabı heyrət əsrinin xüsusiyyətləri açıqlayır və onu İmam Zamanın (ə) kiçik qeybəti və zühuru ərəfəsində olan heyrətə bölür. Eləcə də bu heyrətdən xilas olmağın yolları xüsusi ilə zühurdan öncə olan heyrətdən xilas olmağı açıqlayır. http://shabestan.ir/detail/News/695533

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده