خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Wednesday, March 14, 2018 Xəbər kodu : 32859
Müntəzirlərin xüsusiyyətləri
Müntəzir müsəlmanlara qarşı etinasız deyil
Şəbistan xəbər agentliyi: Allahın rəsulu (s) buyurub: “Hər kim müsəlmanların işlərinə etinasız yanaşdığı halda sübh etsə, müsəlman deyil. Hər kim müsəlmanlardan birinin kömək istədiyini görsə, amma ona kömək etməsə, müsəlman deyil

Şəbistan xəbər agentliyinin verdiyi xəbərə əsasən Allahın imtahanlarından biri də “Maliyyə imtahanı”-dır. Bu imtahanın müxtəlif formaları vardır. Onlardan biri varlı və dövlətli insanların yoxsullara qarşı rəftarıdır. Görəsən onlar etina etmirlər yoxsa Allahın onlara verdiyi maldan yoxsullara və imkansızlara kömək edirlər?

 Yalnız maliyyə yardımı kifayət etmir. Bundan əlavə insanlara kömək üçün çalışmaq, onları müxtəlif problemlərini həll etmək buna hədislərdə “Möminin istəyini yerinə yetirmək” deyilir. Pənahsızların və imkansızların dadına çatmaq. Bizim köməyimizə ehtiyacı olanlara yardım etmək.

 İslam peyğəməri (s) buyurur:

خَیرُ الناّسِ مَنِ انتفَعَ بِهِ النّاسُ؛

Ən xeyirli insan camaata fayda verən şəxsdir.

 İmam Rza (ə) buyurur:

انَّ لِلّه عِباداً فی الارضِ یَسعَونَ فی حَوائِجِ النّاسِ، هُمُ الآمِنونَ یَومَ القیامَةَ؛

Allahın yer üzərində insanların istək və ehtiyaclarını yerinə yetirməyə çalışan bəndləri vardır. Onlar qiyamət günü əmin-amanlıqda olacaqlar.

 Məşhur hədislərdən birində Allahın rəsulu (s) buyurur: “Hər kim müsəlmanların işlərinə etinasız yanaşdığı halda sübh etsə, müsəlman deyil. Hər kim müsəlmanlardan birinin kömək istədiyini görsə, amma ona kömək etməsə, müsəlman deyil.

Bu məzmunda olan hədislərin sayı çoxdur.  Onlardan alınan ümumi dərs budur ki, müsəlman yoxsul insanlar, ehtiyacı olanlar və imkansızlara qarşı məsuliyyət daşıyır. Əlindən gələn köməyi onlardan əsirgəməməlidir.      http://shabestan.ir/detail/News/695684

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده