خبرگزاری شبستان

چهارشنبه ۴ مهر ۱۳۹۷

الأربعاء ١٦ المحرّم ١٤٤٠

Wednesday, September 26, 2018

Servis xəbərlərinin titri

“Hər gün Aşura və hər yer Kərbəladır” şüarının Fərəc duası ilə əlaqəsi

Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın yolunu gözləyən müntəzirlərin qurduğu həyat tərzi, yəni intizar üzərində qurulan yaşam tərzi ilə aşura mədəniyyəti arasında hansı əlaqələr vardır?

Servis Əsas səhifə Zaman :   Wednesday, March 14, 2018 Xəbər kodu : 32858

Əsas məqsəd gəncləri məscidə cəlb etməkdir
Şəbistan Xəbər Agentliyi: Məscid icmaları və burda fəaliyyət göstərən incəsənət - mədəniyyət ocaqları cavanların fikri ehtiyaclarını ödəməli, cavanları məscidə cəlb etmək üçün bütün yollardan – dini, mədəni, incəsənət və siyasi üsullardan istifadə etməlidirlər.

 

 

Şəbistan Xəbər Agentliyinin Kermanşah üzrə bölgə müxbiri bu şəhərdə Ali Dini Liderin nümayəndəsi Ayətullah Mustəfa Üləmanın rəsmi toplantıdakı çıxışı barədə məlumat verib.

 

 

Məlumatda deyilir: Ayətullah Mustəfa Üləma çıxışında deyib: Düşmənin yumuşaq müharibəsi və onun gənc nəsili azdılrmaq üçün fikir mərkəzinin geniş mirqiyaslı fəaliyyətini nəzərə alaraq məscid icma və xadimlərinin birinci addımları, zəruri olaraq, bundan ibarət olmalıdır: Məscidlər bütün diqqətlərini daha çox cavanları cəlb etməyə yönəltməlidirlər.

 

 

Məscid icmaları və burda fəaliyyət göstərən incəsənət - mədəniyyət ocaqları cavanların fikri ehtiyaclarını ödəməli, cavanları məscidə cəlb etmək üçün bütün yollardan – dini, mədəni, incəsənət və siyasi üsullardan istifadə etməlidirlər.

 

 

O, bu istiqamətdə görülən işlərin qüsurlu tərəflərini aradan qaldırmağı zəruri sayaraq dedi: Bu addımın nəticəsi əsl dindarların yetişməsinə, Quran sahəsində mütəxəssislərin meydana çıxmasına, elmi və mədəni sahələrdə güclü şəxsiyyətlərin formalaşmasına səbəb olacaqdır.

 

 

Ayətullah Mustəfa Üləma daha sonra məscidin əsas funksiyasının ictimai fəaliyyətlərdən ibarət olduğunu xatırladaraq dedi: Məscid imamları zövq və xüsusi məharətlərlə cavanlarla kontakta girib əlaqələr yaratmalıdırlar.

 

 

Bu məsələni bilməliyik ki, indi artıq “bir namaz qılaq, qurtardı getdi” zamanı dalda qalıb. İndi novatorluq, yaradıcılıq və zövqlə işlədmək lazımdır. Bunun üçün cürbəcür proqramlarla insanların zövqünə oxşamalı və gəncləri maraqlandırmalıyıq.

 

 

http://shabestan.ir/detail/News/695705

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده