خبرگزاری شبستان

یکشنبه ۳ تیر ۱۳۹۷

الأحد ١١ شوّال ١٤٣٩

Sunday, June 24, 2018

Servis xəbərlərinin titri

Əxlaq ustadı Höccətül-İslam Əli Əkbər Musəvi Hüseyninin ölümü münasibətilə

Ayətullah Xamenei başsağlığı verib

Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei imanlı alim və əxlaq ustadı mərhum Höccətül-İslam Hacı Şeyid Əli Əkbər Hüseyni Musəvinin vəfatı münasibətilə başsağlığı verib.

Servis Əsas səhifə Zaman :   Tuesday, March 13, 2018 Xəbər kodu : 32853

Tehran-Bakı əlaqələri hər iki xalqın mənafei istiqamətindədir
Şəbistan Xəbər Agentliyi: Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşdə iki ölkə dövlətləri və xalqlarının qarşılıqlı münasibət və həmkarlıqların genişləndirilməsindəki iradələrini önəmli adlandırıb.

 

İran İslam Respublikasının prezidenti Tehran-Bakı əlaqələrini genişlənməkdə və iki xalqın maraqları çərçivəsində olan əlaqələr adlandırıb və ikitərəfli münasibət və həmkarlıqların genişləndirilməsi, gücləndirilməsi və möhkəmləndirilməsi üzrə səylərə təkid edib.

 

Ruhani habelə Xəzər dənizinin hüquqi statusunun hazırlanması və bu məntəqədə birgə iqtisadi fəaliyyətlərin təşkil edilməsi üzrə proqramlaşdırma istiqamətində iki ölkə rəsmilərinin məşvərət və əməkdaşlıqlarının davam etdiriməsi vacibliyini vurğulayıb.

 

İran İslam Respublikasının prezidenti Azərbaycan Respublikası prezidentinin onu yaxın gələcəkdə Bakıya rəsmi səfərə dəvət etməsinə işarə edərək, ümidvarlıq edib ki, bu səfər iki ölkənin əlaqələri, həmkarlıqları və dostluqlarının daha da genişlənməsinə səbəb olacaq.

 

Şahin Mustafayev də iki ölkə prezidentlərinin hərtərəfli Tehran-Bakı münasibətlərinin daha da genişlənməsinə köklənmiş siyasi əzmkarlıqlarına təkid edərək, deyib: Qarşılıqlı investisiyalar və ticarət mübadilələri son illərdə nəzərəçarpacaq artıma malik olubdur.

 

Görüş Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasından sonra baş tutub.

 

http://shabestan.ir/detail/News/695675

 

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده